Nida.az
Şuşa Bəyannaməsi – gərginliyə zərbə
“Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsi ilə bütün parametrlərdə davam edir. Məhz ötən günlərdə Şuşa Bəyannaməsi ilə bağlı irəli gələn maddələri iki dövlət rəsmiləri müzakirə etdilər”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, regionda siyasi-hərbi vəziyyət gərgindir: “Bundan əlavə, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində danışıqlar var. Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri kimi məsələlər də prezidentlərin görüşündə masaya yatırılıb. Türkiyə və Azərbaycanın bundan sonra da koordinasiyalı şəkildə xarici siyasətdə fəaliyyətlərini uzlaşdırmaq və riskləri neytrallaşdırmaq baxımından məsələlər ətrafında geniş müzakirələrin aparıldığı şübhəsizdir”.
M.Əsədullazadə vurğulayıb ki, xüsusilə Şuşa Bəyannaməsi və digər razılaşmaların icrası hazırkı situasiyada mütləqdir: “Zəngəzur dəhlizinin açılmasının, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşən qanunsuz silahlı birləşmələrin təxribatları və bunun sülh müzakirələrinə vurduğu zərbənin də müzakirə edilməsini istisna etmirəm. Regionda ciddi dəyişikliklər var və bu səbəbdən hər iki ölkə prezidentlərinin görüşünün xüsusilə Ermənistanla bağlı nəticəsinin regionumuzda şahidi olacağıq”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)


















.jpg)
.jpg)
