Nida.az
Bu problem qəsdən şişirdilir - Şərh
“Məhz erməni diasporunun fəaliyyətinin nəticəsidir ki, bu gün etnik ermənilər müxtəlif problemlərlə üzləşirlər. Azərbaycanla sülhün əldə olunmasına mane olan erməni diasporu eyni zamanda Qarabağda təhlükəsizliyi təhdid edəcək fəaliyyətlər də həyata keçirir”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynaya hücumu fonunda bu ölkə digər məsələlərlə məşğul olmağa axırıncı bir proses kimi baxır: “Xankəndindəki su, işıq və qaz probleminin həlli bəsitdir. Düşünürəm ki, ermənilər Azərbaycanın suverenliyini qəbul etdikdən sonra belə hallar yaşanmayacaq. Ümumiyyətlə, burada erməni tərəfi cari təmir işlərini qəsdən aparmır və Azərbaycanı nədəsə günahlandırmağa çalışırlar. Onlar bununla göstərməyə çalışırlar ki, guya orada ermənilər ayrı-seçkiliyə məruz qalır. Lakin burada məqsəd status məsələsini gündəmə gətirməkdir. Bu oyunlar çoxdankı təxribatlardır və erməni diasporunun bu fəaliyyəti vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır. Rusiya Azərbaycana bu məsələdə təzyiq edə bilməz. Fikrimcə, bu problem qəsdən şişirdilir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)


















.jpg)
.jpg)
