Nida.az
Azərbaycan XİN Ər-Riyada edilən PUA hücumunu pislədi
Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumunu pisləyib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.
“Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - tvitdə bildirilib.
Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki neft emalı zavoduna PUA-lar vasitəsilə hücum edilib. Hadisə nəticəsində heç kəs zərər çəkməyib, neft tədarükündə problem yaşanmayıb. Hücumları İranın dəstəklədiyi Yəməndəki husi qruplaşmaları törədib.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz








.jpg)

.jpg)

























