Nida.az
Novruz bayramı siyasətdə də öz ab-havasını göstərir - Deputat
Qədim zamanlardan Azərbaycan xalqı Novruz bayramını öz milli bayramı kimi böyük təntənə ilə qeyd edib. Lakin 30 ilə yaxın torpaqlarımız işğal altında olan zaman xalqımız Novruz bayramını qeyd etsə də, ürəklərinin dərinliyində bir niskillik hiss olunurdu. Ulu öndər Heydər Əliyev hər il Novruz bayramı ərəfəsində məcburi köçkünlərlə görüşərdi. Ulu öndər hər görüşündə söyləyirdi ki, gün gələcək biz işğal altında olan bütün torpaqlarımıza dönəcəyik və orada Novruz bayramı keçirəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyev mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə gəldi və Cıdır düzündə Novruz tonqalı yandırdı.
Bu fikirləri Publika.az-a Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkili bildirib ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin, özünəməxsus adət-ənənələrinin dünyada tanıdılmasında və təbliğində Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var: "Məhz Mehriban xanımın sayəsində tarixi-mədəni abidələrimiz, incəsənət nümunələrimiz dünya Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb. Novruz bayramı da Mehriban xanımın böyük səyi nəticəsində YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı elə bir dünyəvi dəyərləri özündə əks etdirir ki, bu bayram təkcə türk xalqlarının deyil, bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Təsadüfi deyil ki, 23 fevral 2010-cu il tarixdə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. Novruz bayramı dostluğu, həmrəyliyi, yüksək mənəviyyatı özündə əks etdirən bir bayramdır. Xalqımızın ən gözəl adət-ənənələrindən biri də Novruz bayramında bütün küsülülərin barışmasıdır. Ailələr bayrama xüsusi hazırlaşır, böyük süfrələr açılır, süfrəyə Novruza aid təamlar qoyulur".
K.Əliyeva qeyd edib ki, ölkəmizdə Novruz bayramı siyasətdə də öz ab-havasını göstərir: "Bayram münasibətilə Prezident cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruzun 4 bayram çərşənbəsinin hər biri özündə fəlsəfi məna daşıyır. Su, Od, Yel, Torpaq çərşənbələrinin hər birinin öz anlamı var. Novruz bayramında bişirilən hər bir şirniyyatın öz mənası var. Bütün bu təamların görünüşündə fəlsəfi bir anlam yaşayır. Novruz bayramındakı adət ənənələrimizlə tanış olduqda, süfrələrdəki təamların mənasını öyrəndikdə Azərbaycan xalqının nə qədər qədim, eləcə də təbiət möcüzələrindən xəbərdar, dərin elmi biliyə malik bir xalq olduğunun şahidi olursan".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO