Nida.az
Azərbaycan xalqı bu günləri görməyi arzulayıb - Deputat
“Çox sevincli anlar yaşayırıq, 30 il işğalda olan torpaqları azad etmişik. Artıq ikinci ildir Novruz bayramını azad olunmuş torpaqlarda, Qarabağda qeyd edirik. Keçən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada, bu il isə Suqovuşanda bayram tonqalını qaladı. Möhtəşəm anlara şahidlik edirik”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, 30 il Azərbaycan xalqı bu günləri görməyi arzulayıb: “Hər Novruz və başqa milli bayramda arzulayırdıq ki, bayramı o torpaqlara qayıdaq. Şuşada bayrağımızı dalğalandıraq. Artıq arzularımıza çatdığımız gündür. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş torpaqlara gedişi həmin yerlərə yeni ruh verir. Hər səfər çərçivəsində çoxlu sayda infrastruktur layihələrinin təməli qoyulur. Bu da onu deməyə imkan verir ki, tezliklə biz qaçqın və məcburi köçkünlərimizi həmin ərazilərə qaytaracağıq. Düşünürəm ki, 30 il məcburi köçkünlük həyatı yaşamış insanlar elə müasir yerdə yaşamaqla o günlərin əzab-əziyyətlərinin əvəzini çıxacaqlar”.src="/storage/files/upload/5090a2ad9ab1c7924d5c92cc71bafb9334e0605d.jpg" style="width: 697px; height: 464.667px;" class="fr-fic fr-dib fr-fil">Azər Badamov qeyd edib ki, Azərbaycan artıq 30 il bundan əvvəlki ölkə deyil. Deputatın sözlərinə görə, Azərbaycanın indiki gücü həm torpaqlarını müdafiə etməyə yetər, həm də hər hansı xarici müdaxilə baş verərsə, cavabını verməyə hazırdır: “Bütün bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının sabit olmasıdır ki, həm torpaqları azad etdik, həm də orada bərpa işləri aparırıq. Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayır”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)

























.jpg)


