Nida.az
ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir - Deputat
Dünya liderləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubdan açıq-aydın görünür ki, Bayden hökuməti Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin tutduğu mövqeyi dəstəkləyir və ölkəmizlə hərtərəfli əməkdaşlıqda maraqlıdır.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, ABŞ yeni imkanların araşdırılıb tapılmasına və bu əlaqələrin daha da gücləndirilməsinə çalışır: “Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu 30 il ərzində bu günə qədər çox maraqlı məqamlar olub. Bu gün ABŞ Azərbaycanın gücünü, regionda tutduğu mövqeyi və oynadığı rolu çox yaxşı bilir. Eyni zamanda Azərbaycanın regionda sülhün əldə olunmasında, bölgə dövlətlərindəki münaqişələrin sülhlə əvəzlənməsində oynaya biləcəyi rolu yüksək qiymətləndirirlər. Dövlətimizin zəfər qazandıqdan sonra Ermənistanla sülh və daimi sabitlik əldə edilməsi üçün göstərdiyi fəaliyyətlər alqışlanır. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan bu məktub dövlətimizin gücünü, iqtisadi inkişafını və beynəlxalq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir”.
Naqif Həmzəyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsində səfərdə olması və bayram tonqalı alovlandırmasından danışıb və bildirib ki, Azərbaycan xalqı artıq 2 ildir ki, Novruz bayramını böyük sevinc və fərəh hissi ilə qeyd edir: “Bunun da əsas səbəbi Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi azad etməsi və ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlıdır. Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqını Şuşada tonqal başında təbrik etdilər. Bu il isə cənab Prezident Novruz tonqalını yenidən Qarabağda - Suqovuşanda yandırdı və xalqımızı oradan təbrik etdi, önəmli təməlqoymalar oldu. Şükürlər olsun ki, xalqımız bu günü gördü. İlham Əliyev hər zaman bütün vətəndaşların prezidenti olduğunu sübut edib və bu gün də xalqımızın hər bir nümayəndəsinin yanındadır. Qlobal məkanda, münaqişə və müharibələr fonunda Azərbaycan sabitlik və inkişaf adasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hər keçən gün daha da inkişaf edir, güclənir. Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Yaratdığı yeni reallıqlar fonunda ölkəmiz qonşuları ilə və böyük dövlətlərlə əlaqələrini gücləndirir. Bunu bu gün böyük ölkələrin liderlərinin Prezidentə göndərdiyi təbrik məktublarında da görmək mümkündür”.
-
Nəqliyyat19:00
İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi - Şişirdilmiş rəqəmlər
-
Cənubi Qafqaz18:48
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən GERİ ÇƏKİLİRLƏR
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi