Nida.az
Bu, erməni lobbisini məyus edib - Deputat
“ABŞ-ın 2023-cü il büdcəsi layihəsində Azərbaycana beynəlxalq yardım üçün 9,1 milyon dollar ayrılması planlaşdırılır. Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayırmağı düşünürlər. Azərbaycana və Ermənistana ayrıca olaraq hərbi təyinatlar və təlimlərdə iştirak etmək üçün hər birinə 600 min dollar yardım ayrılması düşünülür. Gürcüstana isə 1,75 milyon dollar yardım planlaşdırılır. Yuxarıda qeyd olunan rəqəmlər erməni lobbisini dərin ruh halına salıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkilinin sözlərinə görə, fakt budur ki, Ağ Ev Ermənistana yardımını 40 faizdən çox azaldıb və “artsax” deyilən tələbə məhəl qoymayıb:
“ABŞ-ın təhlükəsizlik yardımı proqramı çərçivəsində Azərbaycana 2023-cü il üçün Pentaqon büdcəsində 164 milyon dollar ayrılması xəbərindən sonra erməni lobbisi və İrəvandakı rəsmilər bir xeyli kədərə qərq oldular. Bu da təəccüblü deyil. Bu kimi qərarlar ABŞ-ın etibarlı milli maraqlarına və bölgədəki ölkələrin mövqelərinə və onların siyasətlərinə uyğunluğuna əsaslanaraq qəbul edilir. Bu maliyyə yardımları onu deməyə əsas verir ki, hakimiyyətin Vaşinqton dəhlizlərində “ermənipərəst əhval-ruhiyyə” arxa plana keçib. Görünən odur ki, İrəvan bundan sonra bir əldə iki qarpız tuta bilməyəcək. Yəni bundan sonra Ermənistan Qərb dairələrində Rusiyanın hərbi-siyasi forpostu hesab ediləcək. Bu da o deməkdir ki, Rusiyanın maraqlarına xidmət edən Ermənistan bundan sonra sanksiyalar ələyindən keçə bilər. Eyni zamanda İrəvan bundan sonra bol-bol Qərb maliyyəsi ala bilməyəcək. Hətta fəal siyasi dəstək almaq da mümkünsüz görünür”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


