Nida.az
Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq salnamələrindən biridir - RƏY
“Azərbaycan tarixinin önəmli hadisələrindən biri də Aprel döyüşləridir. Çünki Azərbaycanın zəfərə gedən yolu 6 il bundan öncə, 2016-cı ilin aprelində baş verən 4 günlük döyüşlərlə başlayıb. Sözsüz ki, Aprel döyüşləri Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi qələbəsinin xəbərçisi idi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan Ordusu bu döyüşlərdə Ermənistana və bütün dünyaya öz gücünü göstərdi: “2 min hektara yaxın ərazi, strateji əhəmiyyətə malik Lələtəpə, Tərtərin Qazaxlar kəndi və Suqovuşana gedən bir sıra yollar düşmən tapdağından azad olundu. Düşmən isə xeyli itki verdi və bunun nəticəsidir ki, döyüşlərdən sonra Ermənistanda yüksək vəzifəli şəxslər ya işdən azad olundu, ya da həbs edildi. Əslində, ermənilər bununla işğalı uzun müddət davam etdirə bilməyəcəklərini anladılar. Azərbaycanda isə bütün bunların tam əksinə, Aprel döyüşləri zamanı milli birlik ön plana çıxdı. Bütün yaş qruplarından olan insanlarımız, xüsusilə də gənclərimiz orduya dəstək nümayiş etdirdilər. Orduya dəstək aksiyalarında dövlət və xalq birliyi ifadə olundu. Bundan sonra hər kəsdə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inam möhkəmləndi”.
A.Hüseynov vurğulayıb ki, həmçinin Ermənistanın ordusu barədə formalaşdırdığı mif də darmadağın edildi və Ermənistan ordusunun həqiqi siması üzə çıxdı: “Məhz bunun nəticəsində Aprel döyüşlərindən sonra Ermənistan hökumətində və cəmiyyətində parçalanmalar başladı. Azərbaycan Ordusunda isə əksinə, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Eyni zamanda digər hərbçilərimiz yüksək mükafatlarla təltif edildilər. Bütün bunlar isə Aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnamələrindən biri olduğunun göstəricisidir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
