Nida.az
Brüsseldə ermənilərin sifarişini icra edən azərbaycanlılar – Plan baş tutmadı
Brüsseldə həlledici görüşün keçirildiyi gün iki hadisə diqqət çəkdi: birincisi, İrəvanda ermənilər görüşə etiraz aksiyası keçirdilər; ikincisi, Avropada yuva salmış, əsas fəaliyyəti Azərbaycanın əleyhinə olan “söyük müxalifəti” hay-küy qaldırdı;
Bu iki hadisə arasında eynilik ilk baxışdan görünməyə bilər, çünki “söyüş müxalifəti” tərbiyəsizliyindən əl çəkmir və əsas məqsədləri Avropada “yaşamaq hüququnu” hansısa formada qoruyub saxlamaqdır. Onların sonuncu cəhi də bir daha hansı səviyyəyə malik olduqlarını isbatladı: söyüş ritorikası, tərbiyəsiz davranışlar, təhqir, mədəniyyatdan uzaq hərəkətlər; təəccüblü deyil, çünki hər kəs səviyyəsinə uyğun davranır;
Lakin Brüssel görüşünün Azərbaycan üçün taleyüklü əhəmiyyəti fonunda “söyüş söylənlərin” etdikləri təsadüfi də deyildi və İrəvanda keçirilən aksiya ilə Brüsseldə edilən tərbiyəsizlik arasında bağın olduğu aydın görünür.
Ermənistanda, eləcə də erməni diasporu/lobbisi şəbəkəsində Brüssel görüşünə ciddi etiraz var idi. Çünki bu görüşün nəticələrinin Azərbaycanın maraqlarına uyğun olacağını anlayırdılar və etiraz aksiyaları ilə qarşısını almağa cəhd etdilər. Bu, birinci addım idi. İkinci addım “azərbaycanlılar İlham Əliyevə etiraz edir” görüntüsü yaratmaq idi və bu,
1. “azərbaycanlıların etiraz etdiyi” Azərbaycan prezidenti Qarabağdakı ermənilərin hüququnu qoruya bilməz;
2. ermənilərin “müqəddəratını təyin etməsi” məsələsi həll olunmalıdır;
əsasının yaradılmasına hesablanmışdı. Görüşdən öncə Avropa Parlamentin erməni lobbisinə bağlı deputatların Şarl Mişelə “Qarabağdakı ermənilərin hüquqlarının qorunması” çağırışını etməsi də bu planın tərkib hissəsidir. Azərbaycanlı adını daşıyan Tural Sadıqlı və Elşad Məmmədovun da erməni diasporu/lobbisinin bu planına xidmət etdiyi bəllidir. Tural sadıqlının bir müddət öncə “erməni diasporu mənə onlarla işləmək üçün pul təklif edir” açıqlaması əslində “işlədiyinin” etirafı idi və bu etiraf fonunda onların fəaliyyətini araşdırdıqda sifarişin haradan gəldiyi məlum olur.
Cəhdləri baş tutmadı, Azərbaycan lideri Brüsseldən qələbə ilə döndü:
- Bakının postmünaqişə dövrünə dair gündəliyi qəbul olundu;
- Sülh sazişinin hazırlanması razılığı əldə olundu;
- Sərhədin müəyyənləşdirilməsi üzrə işçi qrupunun aprelin sonuna qədər yaradılması razılaşdırıldı;
Və yekun bəyanata Azərbaycanın istədiyi kimi nə “Qarabağ”, nə “status” ifadələri daxil edildi, nə də Ermənistanın ətəyindən yapışdığı Minsk qrupunun adı çəkildi. Bu razılaşma Bakının diplomatik qələbələrindən biridir. Eyni zamanda, Ermənistanın gələcəyi və regionda sülhün əldə edilməsi baxımından da əhəmiyyətlidir.
“Söyüş müxalifəti” isə bir daha sübut etdi ki, səviyyəsiz və tərbiyəsizdirlər. Onu da sübut etdilər ki, sifarişi məhz Brüssel görüşünə qarşı olan erməni şəbəkəsindən alıblar.
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar










.jpg)
.png)



.jpg)




.jpg)

.jpg)











