Nida.az
Azərbaycan-Britaniya diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi
Azərbaycan və Britaniya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 7 aprel tarixində Azərbaycanın Londondakı Səfirliyində Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət Məsələləri Şurasının (Şura) üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan-Birləşmiş Krallıq: diplomatk münasibətlərin 30 illiyinin və möhkəm əməkdaşlığın qeyd edilməsi” adı altında keçirilmiş tədbirdə Şuranın rəhbərliyi və üzvləri iştirak edib.
Tədbirdə səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan, Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson çıxış edib.
Səfir Elin Süleymanov qonaqları salamlayaraq, Səfirlik və Şura arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkələr arasında son 30 il ərzində təsis edilmiş çoxşaxəli və dinamik əməkdaşlığın daha da dərinləşdirmək əzmini ifadə edib. Azərbaycan və Birləşmiş Krallıq arasında enerji əməkdaşlığı başda olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət, humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu diqqətə çatdırıb, hər iki ölkənin xüsusilə enerji sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini dəyişdiyini vurğulayıb.
Baronessa Nikolson mart ayında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycana faydalı səfər etdiyini qeyd edərək, son 30 ildə ölkələr arasında sağlam, sarsılmaz və möhkəm tərəfdaşlığın qurulduğunu qeyd edib. O Azərbaycanın beynəlxalq rolunun artmasında və Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Azərbaycan və Birləşmiş Krallıq münasibətlərinin özünün sabitliyi ilə fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji layihələrinin əhəmiyyətinin daha da artdığını qeyd edib. Yeni qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələr arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını nəzərə çatdırıb.
O, hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını nəzərə çatdırıb. Baronessa Nikolson Azərbaycanın dostu olduğunu və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını diqqətə çatdırıb.
Çıxışlardan sonra Şura üzvlərinin Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil, regional məsələlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanları ilə bağlı sualları cavablandırılıb.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var