Nida.az
Ağdaban soyqırımı: 30 il əvvəl nə baş vermişdi?
"Ermənistanın 20-ci əsrdə Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı faciələrdən biri olan Ağdaban faciəsindən 30 il ötür. Kəlbəcər rayonunun işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edilməsi mülki əhalini müdafiəsiz hala saldı. Bundan istifadə edən erməni silahlı birləşmələri əliyalın mülki əhaliyə qarşı kütləvi qırğın həyata keçirdi. Erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silindi".
Bunu Publika.az">Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev bildirib ki, hadisə zamanı kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb:
src="/storage/files/upload/87cf093b891325c011a67d2d260d74bf316ef01d.jpg" style="width: 478px; height: 478px;" class="fr-fic fr-dib">
"Onu da deyim ki, Ağdaban kəndi Birinci Qarabağ savaşında iki dəfə erməni silahlıları tərəfindən soyqırıma məruz qalıb. 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər.Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, həm də ədəbi mühitinin beşiyi tarix və memarlıq baxımından zəngin olduğu üçün işğal etmək istəyirdilər. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında "Paris Konvensiyasının müddəalarını pozaraq işğal etdikləri bütün torpaqlarımızda mədəni sərvətlərimizi talayıb".
Ekspertin fikrincə, Ağdaban kəndində də son Qarabağ savaşı zamanı ərazinin işğalı, əhalinin soyqırımı ilə yanaşı, bütün maddi, mədəni, milli sərvətlərimiz talan edilib, dağıdılıb: "Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır".
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı