Nida.az
Şuşa qurultayının böyük əhəmiyyəti var - DEPUTAT
“Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərimizdən sonra 22-23 apreldə ilk dəfə olaraq Azərbaycanın və Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. 44 günlük Vətən mübaribəsindən keçən zaman ərzində Azərbaycanda baş tutan hər bir tədbir bir ilk kimi qiymətləndirilib. Dünyanın 4 bir tərəfinə yayılmış Azərbaycan diasporasının Vətən müharibəmizdə qələbənin qazanılmsında böyük xidmətləri olub. Bu, danılmaz faktdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputat əlavə edib ki, həmin vaxt hər bir azərbaycanlı yaşadıqları ölkələrdə vətən sevdası ilə Azərbaycanın təbliği ilə məşğul oldular, Azərbaycanın haqq səsini qaldırdılar: “Onlara fiziki, mənəvi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq Azərbaycanın səsini onlar yaşadıqları ölkələrdə qaldırdılar və qələbəmizin təbliği üçün əllərindən gələni etdilər. Möhtərəm cənab Prezidentimizin 44 günlük Vətən müharibəsindəki dəmir yumruğu hər bir azərbaycanlının simvoluna çevrildi. Dünya azərbaycanlıları özlərini güclü, qüvvətli bir ölkənin vətəndaşı olduqlarını cənab Prezidentimizin sıxılmış dəmir yumruqlarında hiss etdilər və bildilər ki, Azərbaycana qarşı uzanmış hər bir əli kəsməyə və mənfur düşmənin başını əzməyə hazırdırlar. Bu gün isə Türk dünyasının və Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada keçirilən qurultay zəfər qurultayıdır. Şuşanı öz gözləri ilə görmək üçün buraya gələn diaspora nümayəndələrimiz Şuşadan qayıtdıqdan sonra ilk növbədə hamının ürəyinin döyündüyü o müqəddəs torpağın ecazkar, füsunkar təbiətini, gedən abadlıq işlərini yaşadıqları ölkələrdə təbliğ edəcəklər. Qısa müddət ərzində güclü Azərbaycan dövlətinin bu işin öhdəsindən necə gəldiyini əfsanə kimi danışacaqlar. Həqiqətən qısa zaman kəsiyində Zəfər yolunun çəkilməsini, Füzuli Beynəlxalq Aeroportunun tikilməsini, energetika sisteminin qurulmasını, yeni evlərin tikilməsini, mədəniyyət ocaqlarının, qədim tarixi abidələrimizin bərpa olunmasını öz gözləri ilə görəcəklər”.
İ.Məmmədov vurğulayıb ki, ümumiyyətlə, bütün bunların hamısının təməlində Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına məhz azərbaycançılıq məfkurəsini yenidən qaytarması nəticəsində baş verib: “Təbii ki, Ümummilli Liderimizin bu məqamda bir kəlamını xatırlatmaq yerinə düşər: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir və mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu fikir dünyanın dörd bir tərəfinə yayılmış azərbaycanlıların şüarıdır. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin məhz azərbaycançılıq məfkurəsi üzərində bütün dünya azərbaycanlılarını bir yerə toplaması Azərbaycanın tarixi köklərinin yenidən bərpası, dirçəlməsi və azərbaycançılıq ideyasının dünyada vahid bir kontekstdə fərqlənməsi kimi dəyərləndirilə bilər ki, bu da bizləri fərəhləndirir. Mən keçiriləcək qurultaya öz işində uğurlar arzu edirəm. Bu qurultayın diaspora fəaliyyətinin yeni bir istiqamətini müəyyənləşdirəcəyini gözləyirik. Çünki bundan sonra Azərbaycan mövqelərinin dünyada yeni kontekstdə yayılması, möhkəmlənməsi, təbliğ olunması məhz Dünya Azərbaycanlılarının V Qurultayında qəbul olunmuş qərarlar əsasında yeni istiqamətləri müəyyənləşdirəcək”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI