Nida.az
Meksika Şuşaya turizm investisiyalarının qoyulmasını nəzərdən keçirir
"Meksikaya qayıtdıqdan sonra Qarabağın bərpası ilə bağlı bir sıra təkliflər edəcəyik. Əsasən da bura turizmə investisiyaların qoyulması məsələsi daxildir. Meksikada insanlar mənə təhlükəsizlik, eyni zamanda minalarla bağlı çoxlu suallar verəcəklər. Çünki onlar üçün investisiya qoymaq və bir sıra layihələri həyata keçirmək üçün təhlükəsizlik məsələləri çox önəmlidir".
Bunu Publika.az-a açıqlamasında Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının iştirakçısı, Meksikada Azərbaycan icmasının nümayəndəsi, biznes məsləhətçisi Sevda Verdiyeva deyib.
Diaspor nümayəndəsi gələcəkdə Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə investisiyaları cəlb etmək istəyini bildirib: "Meksikalılar üçün də bu məsələ maraqlıdır və nəzərdən keçirilir".
Sevda Verdiyeva Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən də danışıb: "Hər zaman Qarabağ torpağında, Şuşada olmağı arzulamışam. Qurultayın burada keçirilməsi tarixi əhəmiyyət daşıyır. Tədbirlə bağlı da hər şey çox yaxşıdır, təşkilatçılıq yüksək səviyyədədir. Biz bu tarixi anlara Azərbaycanın mədəniyyət paytaxtında şahidlik edirik. Şuşanı görəndən sonra anladım ki, dünya səviyyəli bəstəkarlarımız, şairlərimiz, incəsənət nümayəndələrimiz haradan ilham alırlarmış. Burada görülən işlər məni təəccübləndirdi. 1 ildən çox müddət ərzində Qarabağda böyük işlər görülüb, yollar çəkilib, hansı ki, mən yeni tikilən Zəfər yolu ilə Şuşaya gəldim. Hazırda bərpa-quruculuq işləri davam edir. Bir neçə ildən sonra qayıtdıqda Qarabağda, Şuşada və digər işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinin şahidi olacağıq".
Diaspor nümayəndəsi Azərbaycan həqiqətlərinin Meksikada necə təbliğ olunmasından danışıb: "22 ildir Meksikada yaşayıram. Hər zaman Azərbaycanı istənilən məsələ ilə bağlı yaşadığım ölkədə təmsil etməyə çalışmışam. İşlədiyim yerlərdə, məktəblərdə ölkəmizlə bağlı təbliğat aparmışam. 44 günlük Vətən müharibəsindən sonra Meksikada ölkəmizlə bağlı təbliğatın aparılmasında daha da aktiv iştirak etdim. Mexikoda Azərbaycan mədəniyyətini, mənəvi irsimizi, tariximizi meksikalılara təqdim etmək üçün tədbirlər keçiririk. Çünki onlar bizim tariximizi bilmirlər, buna görə də bu cür tədbirlərin təşkilini vacib hesab edirəm. Qarabağın həqiqətləri ilə bağlı da təbliğat aparırıq. Meksika xalqı mədəniyyəti, tarixi çox sevən xalqdır və türklərə qarşı böyük sevgiləri var. Qarabağla bağlı universitetlərdə, orta məktəblərdə konfranslar təşkil edirik. Musiqi, rəqs ilə bağlı da tədbirlər həyata keçiririk".
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






