Nida.az
Şuşada keçirilən Zəfər Qurultayı başa çatdı
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib.
Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin adından dövlət qurumlarına təşəkkür bildirilib.
Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri - qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib.
Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.
Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında diasporun gələcək fəaliyyəti ilə bağlı səmərəli müzakirələrin aparıldığını söyləyib və qurultay iştirakçılarına təşəkkürünü bildirib.
Bununla da Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı


































.jpg)

.jpg)