Nida.az
Bu, birliyimizi daha da möhkəmləndirəcək – Mollazadə
“30 illik işğal dövründə, həmçinin 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti danılmazdır. Onlar erməni vandalizminin, vəhşiliyinin, azərbaycanlıların başına gətirilən soyqırımı faktlarının dünya ölkələrində göstərilməsində öz səylərini əsirgəməyiblər. Eyni zamanda, mədəniyyətimizin tanıdılması istiqamətində diaspor təşkilatlarımız uğurla fəaliyyət göstəriblər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.
src="/storage/files/upload/78df0821c27c302ad1d5d8aa0a85a2af60b2f57a.jpg" style="width: 477px; height: 298.92px;" class="fr-fic fr-dib">
Deputat bildirib ki, Azərbaycanın dövlət siyasətində də diaspor quruculuğu hər zaman önəmli yer tutub:
“Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları daim bir amal - Azərbaycan sevgisi birləşdirib. Hesab edirəm ki, V qurultayın məhz Şuşada keçirilməsi rəmzi xarakter daşıyır. Bu, onu nümayiş etdirir ki, Şuşa bütün dünyada azərbaycanlıları birləşdirən dərin, zəngin mədəniyyət ocağıdır. Bu, Azərbaycan mədəniyyətinə hörmət və soydaşlarımızı birləşdirən sevgidir. Qurultayın Şuşada keçirilməsi çox gözəl təşəbbüsdür və azərbaycanlıların birliyini daha da möhkəmləndirəcək”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı


































.jpg)

.jpg)