Nida.az
Bakı İrəvanı yola gətirə biləcək? - AÇIQLAMA
“Bu vaxta qədər Ermənistanla Azərbaycan arasındakı sərhədlər müəyyənləşməyib. Delimitasiya və demarkasiya prosesləri nizamlanmayıb. Tərəflər arasında sərhəd qaydaları dəqiqləşdirilib ona əməl olunmursa, bu cür təxribatlar baş verəcək”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat qeyd edib ki, tərəflər aprelin sonuna kimi sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı komissiyaların tərkibini formalaşdıracaqlar:
“İndi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir-birlərini bu barədə məlumatlandırıblar. Əlisilahlı erməni hərbçisi Azərbaycan ərazisinə başını soxub. Belə olan halda o, yaxalanıb və bu məsələ araşdırılacaq”.
R.Musabəyovun sözlərinə görə, Azərbaycan bəyan etmişdi ki, bizim belə bir komissiyamız artıq mövcuddur:
“Ermənistan tərəfi də öz komissiyasını formalaşdırıbsa, deməli proses öz axarınca gedə bilər. Sadəcə olaraq tərəflər arasında görüşün harada baş tutması, danışıqların başlanması müəyyənləşdirilməlidir. Hələlik bu barədə heç nə müəyyən edilməyib. Amma mən düşünürəm ki, növbəti addım bundan ibarət olacaq. Eyni zamanda Prezident İlham Əliyev də elan etdi ki, Azərbaycan tərəfindən də sülh müqaviləsi ətrafında danışıqların başlanması ilə əlaqədar hazırlıq işləri görülüb. Bizim tərəf artıq sülh danışıqlarında iştirak edəcək şəxsləri müəyyənləşdirib. Zəhmət çəksin Ermənistan da bu məsələni yekunlaşdırsın. Sözdə deyil, əməldə də bu işə başlamaq mümkün olsun. Rusiyanın xüsusi nümayəndəsi təşrif buyurub, onu da qəbul ediblər. Zəhmət çəksinlər, Ermənistanı bu məsələdə ağıllandırsınlar. Biz eyni addımları Şarl Mişeldən də gözləyirik. Paşinyan Brüsseldə müəyyən vədlər veribsə, öz sözünün üstündə dursun. Təbii ki, xarici siyasətdə pərdəarxası məsələlər də olur. Yəqin ki, həmin məqamların ictimaiyyətə təqdim olunması üçün zaman yetişməyib”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


