Nida.az
Bu, təşkil olunmuş şoudur - Arzu Nağıyev
“Ermənistanda keçirilən mitinqlərin Paşinyanın istefası ilə nəticələnəcəyini düşünmürəm. Çünki Paşinyan öz üzərinə o qədər ciddi öhdəliklər götürüb ki, bunu sona çatdırmalıdır. Biz Brüssel görüşünün ardınca Paşinyanın Moskva səfəri çərçivəsində prezident Putinlə görüşündən sonra bu mitinqlərin daha da ciddiləşdiyini müşahidə edirik. Burada söhbət müxalifət-iqtidar qarşıdurmasından getsə də, düşünürəm ki, Ermənistanda heç də hər kəsin bu sülh razılaşmasına razı olmadığını göstərmək üçün Paşinyanın özünün də bu işdə dolayı yolla əli var”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Paşinyanın da burada öz maraqları var: “Çünki “Qarabağ klanı” ciddi cəhdlə çalışır ki, nəyin bahasına olursa olsun, status-kvo saxlanılsın. Əks halda bu işin sonu onlar üçün parlament səviyyəsində komissiyanın qərarı ilə həbslə nəticələnəcək. Burada maraqlı məqamlardan biri də Artur Vanetsyanın lider kimi ortaya çıxmasıdır. Eyni zamanda döyüşlərdə həlak olmuş şəxslərin analarından, universitet tələbələrindən istifadə edilməsi göstərir ki, bu mitinqlər müvafiq ssenari üzrə aparılır. Bütün bunların fonunda dəqiqliklə deyə bilərik ki, bu, təşkil olunmuş şoudur. Hazırda gündəmdə Azərbaycanla sülh müqaviləsi ilə yanaşı, Türkiyə ilə normallaşma prosesləri fonunda iki ölkə arasında sərhədlərin açılması məsələsi də var. Etirazların əsas səbəbləri bu iki məsələdir”.
A.Nağıyev vurğulayıb ki, burada bir pəncərə də açmaq lazımdır: “Belə ki Cənubi Qafqazda təsir dairəsinin gücləndirilməsi məsələsində həm Rusiya, həm də Qərbin toqquşan maraqları var. Bunun üçün hər iki qütb Ermənistandan istifadə edir. Lakin Azərbaycanla vəziyyət başqa yerdədir. Hər iki tərəf yaxşı bilir ki, Azərbaycan müstəqil siyasət yeridir və həm Qarabağın erməni əhalisi, həm də delimitasiya-demarkasiya məsələləri ilə əlaqədar öz işini görəcək.
Məsələnin digər tərəfi də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla bağlıdır. Belə ki, Mirzoyanın ABŞ səfəri və orada bəzi müqavilələrə imza atması da gündəmə gəlib. Nəzərə alsaq ki, hazırda Qərblə Rusiya “soyuq müharibə”dədir, onda aydın şəkildə deyə bilərik ki, burada əsas məqsəd Ermənistandan hər hansı bir formada istifadə etməkdir. Yəni mitinqlərin arxasında sırf Paşinyanın istefasının dayanması məsələsi bir az inandırıcı görünmür. Lakin hər halda bu cür qarşıq məqamda bu istefa da istisna olmaya bilər”.
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



.jpg)















.jpg)
.jpg)






