Nida.az
Son hadisələr göstərdi ki... - Arzu Nağıyev
“Qazaxıstan heç vaxt Türk dünyasından uzaqlaşan deyil. Bu ölkə həm yerləşdiyi əraziyə, həm də strateji əhəmiyyətinə görə ən mühüm dövlətlərdən biridir. Burada çoxsaylı millətlərin yaşamasına baxmayaraq, qazaxlar daim öz köklərinə, milli kimliyinə, tarixinə bağlı bir millət olub. Məhz buna görə də son yaşanan olayları (Qazaxıstanda baş verən hadisələr - red.) kimlərinsə hansısa istiqamətlərə çəkməyə çalışması bir o qədər də önəm kəsb etmir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Qazaxıstanın Rusiya ilə çox böyük sərhədi var: “Həmçinin SSRİ dövründən bu yana orada Rusiyanın təsir imkanları böyük olub. Lakin dəyişən reallıqları nəzərə alsaq demək mümkündür ki, buradakı problemlərin həllində Türkiyənin rolu çox mühümdür. Hazırda iki ölkə arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Qazaxıstan Türk dünyasında öz sözünü deyə biləcək dövlətlərdən biridir və iki dövlət arasında müvafiq iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial var”.
A.Nağıyev vurğulayıb ki, Qazaxıstan həm MDB məkanında olan, həm də KTMT-yə üzv dövlətdir: “Lakin NATO üzvü olan Türkiyə ilə bağlı da müvafiq bəyanatların verilməsi, bəyannamələrin imzalanması istiqamətində addımlar ata bilir. Fikrimcə, bu kimi addımlar digər türkdilli dövlətlərə də şamil ediləcək və bu istiqamətdə ciddi işlər görüləcək. Çünki son hadisələr bir daha göstərdi ki, güc birlikdədir və bütün bunların fonunda həm tərəfdaşlıq, həm də qonşuluq istiqamətində mühüm sənədlər imzalanmalıdır. Bunun ən bariz nümunəsini Türkiyə və Qazaxıstan münasibətlərində görə bilərik”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


