Nida.az
Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməlidir - Politoloq
“Brüssel görüşünün 5 saat davam etməsi ondan xəbər verir ki, Azərbaycan və Ermənistan liderləri arasında hərtərəfli şəkildə asan olmayan görüş baş tutub. Əlbəttə ki, Ermənistan diasporu və revanşistlər Paşinyana ciddi şəkildə təzyiq etməkdədir. Lakin qalib olan tərəf Azərbaycan və regionda şərtləri diktə edən tərəf Bakı olduğundan Paşinyan Azərbaycanın tələblərini mütləq yerinə yetirməlidir”.
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspertin sözlərinə görə, bu kontekstdə may ayının sonunda Moskvada elan edilən görüşdən əvvəl məhz Avropa İttifaqının daha cəld şəkildə görüşü təyin etməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasındakı dialoq Aİ-nin, ABŞ-ın və Rusiyanın xüsusi diqqət mərkəzindədir: “Hətta biz onlar arasında yaxın gələcəkdə ciddi geosiyasi mübarizənin, maraqlar toqquşmasının daha da kəskinləşməsinin şahidi ola bilərik. Sözsüz ki, Brüssel platforması vacib platformalardan biridir və Qərbin Cənubi Qafqazdakı proseslərə baxış bucağı bizim üçün çox önəmlidir. Digər tərəfdən, biz başa düşürük ki, Moskva Ermənistana siyasi-iqtisadi və hərbi təsir imkanlarına malikdir. Ermənistan sərhədlərinin rus sülhməramlıları tərəfindən qorunduğu, Ermənistana Rusiyanın ciddi təzyiq elementləri olduğu bir vaxtda Brüsseldə, yəni Qərb cəbhəsində aparılan görüşdən hansısa ciddi nəticə çıxması asan deyil. Lakin vacib məsələlərin müzakirəsi və dialoq olduqca vacibdir. Ermənistanın müəyyən geosiyasi dairələrdən uzaqlaşmaması, Paşinyanın hakimiyyətinin dağılmaması üçün bu və digər platformalarda dialoqa ehtiyacı var.
Brüsseldə keçirilən görüş Azərbaycanın lehinə keçib və bu danışıqlarda bizim əleyhimizə olan heç bir fikir səsləndirilməyib. Şarl Mişel “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsindən istifadə edib. Qarabağdakı ermənilərin hüquqları məsələsinə toxunulsa da, status barədə fikir səsləndirilməyib. Bu, bizim üçün çox vacib məsələdir. Bu isə Paşinyanla Şarl Mişelin Qarabağa heç bir siyasi status verilməyəcəyi və yaxud onun Ermənistana birləşdirilməsindən heç bir söhbət gedə bilməyəcəyi barədə razılıqlara gəldiyinin göstəricisidir. Burada maksimum mədəni hüquqlardan söhbət gedə bilər ki, bu da prinsip etibarilə Bakının maraqlarına cavab verir”.
Z.Məmmədov vurğulayıb ki, 44 günlük müharibədən sonra ilk dəfə idi ki, bu cür bəyanat səsləndirilib: “Düşünürəm ki, bu bəyanata müəyyən dairələr tərəfindən reaksiyalar da olacaq. Digər məsələ minalanmış ərazilərin xəritələrinin qaytarılması ilə və eyni zamanda əsirlikdə olan şəxslərlə bağlı idi. Brüsseldə bu məsələ də ilk dəfə Azərbaycan Prezidenti tərəfindən qaldırılıb. Danışıqlar gündəliyinə bu mövzunun daxil edilməsi də Bakının Ermənistana təzyiq alətlərindən biri kimi dəyərləndirilməlidir. Biz delimitasiya, demarkasiya və sülh danışıqları ilə bağlı da məsələnin gündəlikdə olmasına şahidlik etdik. Təbii ki, tez bir zamanda sülh müqaviləsinin imzalanması gözlənilmir. Lakin sülh ifadəsindən istifadə edilməsi çox yaxşı bir amildir. Bu onu göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur. Nəticə etibarilə Brüssel görüşü bizim üçün müsbət keçdi. Hesab edirəm ki, Paşinyana da onun üçün yol xəritəsi və qırmızı cizgilərin nədən ibarət olması başa salınıb”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












