Nida.az
Ermənistan orqan mafiyasına görə təzminat ödəyəcəkmi? - AÇIQLAMA
Milli Məclisin sonuncu iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi keçirilərkən diqqətçəkən bir məsələyə də toxunulub. Deputat Sahib Alıyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyindən bəhs edərək bildirib ki, həmvətənlərimizin bir hissəsi orqan alverinin qurbanı olub. Deputat Asim Mollazadə də çıxışında eyni mövzuya toxunub. O bildirib ki, 1994-cü ildə “Human Right” təşkilatının azərbaycanlılarla bağlı hesabat yayıb. Asim Mollazadə hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilib. İndi bu hesabat yoxa çıxıb. Yəni təşkilat öz saytından hesabatı silib.
Bəs vaxtilə bu prosesi həyata keçirən ermənilər cəzasını necə almalıdırlar? 1991-94-cü illərdə baş vermiş birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülümüş, itkin düşmüş, orqan mafiyasınının qurbanı olmuş soydaşlarımızla bağlı məsələyə beynəlxalq təşkilatların diqqətini necə cəlb edə bilərik? Azərbaycan bu məsələni beynəlxalq məhkəməyə hansı formada çıxara bilər? Bunun üçün hansı hüquqi mexanizmlər mövcuddur? Erməni əsirliyində olarkən orqan mafiyasının qurbanı olmuş vətəndaşlarımlızla bağlı məsələdə dünyanı Ermənistanın üzərinə necə qaldıra bilərik?
Hüquqşünas Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bildirib ki, bunun üçün əlimizdəki sübutetmə vasitələrinə baxmaq lazımdır: “İlk olaraq baxmaq lazımdır ki, bununla bağlı hansı sübutetmə vasitələri var. Hüquqda hər şey sübutetmə ilə mümkündür. Bu, çox vacib məsələdir. İlk olaraq sübutetmə vasitələri tapılmalıdır ki, daha sonra həmin işin necə qaldırılması məsələsinə baxılsın. Ən əsası, Beynəlxalq Ədalət Məhkəməsinin bu işə baxmaq üçün hüquqi status yoxdur. Həmin qurum bu məsələyə baxmayacaq. Çünki hüququ status mövcud deyil. Ermənistan da bu iddianı qəbul etməyəcək. 1990-cı illərdə baş vermiş birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş, girov götürülmüş azərbaycanlıların orqan alverinin qurbanı olması ilə bağlı məsələni Avropa İnsan Haqqları Məhkəməsinə təqdim edə bilməzsiniz. Çünki “ratione temporis” məsələsi var”.
Hüquqşünasın sözlərinə görə, orada qeyd olunur ki, Avropa İnsan Haqqları Məhkəməsinə ancaq 2000-ci ildən sonra baş vermiş hadisələrlə bağlı müraciət etmək mümkündür:
“Bizim haqqında danışdığımız məsələ isə 2000-ci ildən əvvəl baş verib. Bu məsələni həll etmək ancaq bir halda mümkün ola bilər. Nə vaxtsa Azərbaycanla Ermənistan arasındakı münasibətlər normallaşarsa, əgər Azərbaycan vətəndaşı Ermənistan məhkəməsinə müraciət edə bilsə və sübut etsə ki, onun atası, anası orqan mafiyasının qurbanı olub, Ermənistan dövlətindən təzminat istəsə, həmin şəxslərə təzminat ödənməlidir. Amma bunun gərək Ermənistan məhkəmələrində bu iddianı qaldırmaq mümkün olsun. Bu gün isə onu eləmək sadəcə mümkün deyil. Siz belə bir iddianı Azərbaycanda, Fransada qaldıra bilməzsiniz. Dövlət immuniteti deyə bir anlayış var. Hazırda bu məsələni praktiki olaraq qaldırmaq mümkün görünmür”.
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA





































