Nida.az
Rusiya-Ukrayna savaşı 1 iyulda bitir? - DETALLAR
Rus mediasının yaydığı məlumatlara görə, Rusiya-Ukrayna savaşı 1 iyul tarixində, yəni bir ay sonra başa çata bilər. Rusiyalı ekspertlər hesab edirlər ki, 1 iyula qədər Rusiya prezidenti Vladimir Putinin əmri ilə Donbasın bölgəsinin işğalı başa çatırılacaq. Bundan sonra isə müharibəni uzatmağın heç bir mənası qalmayacaq.
Doğrudanmı dünyanı silkələyən müharibə bir aya başa çatacaq? Belə bir ehtimal ümumiyyətlə mümkündürmü?
src="/storage/files/upload/afc6c95f6c9cf6c2369f3810d016f769d9497b90.jpg" style="width: 471px; height: 264.087px;" class="fr-fic fr-dib">
Millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında bildirib ki, Ukrayna torpaqlarının işğal altında qaldığı müddətdə heç bir sülh müqaviləsinə gedəsi deyil:
“Düşünürəm ki, yaxın zamanlarda bu müharibənin qurtarması ilə bağlı ehtimallar azdır. Bu, yalnız o halda mümkün olardı ki, Kiyev və Odessa istiqamətində irəliləsəydi, bəlkə o zaman Ukrayna məcburiyyət qarşısında qalaraq müharibəni dayandıran sənədə imza atsın, ancaq indiki şəraitdə mən bunu görmürəm. Çünki hazırda Ukraynanın Rusiyaya qarşı kifayət qədər müqavimət göstərmək imkanları var. Belə olan halda Ukrayna işğalla barışası deyil və müharibə davam edəcək”.
Rasim Musabəyovun fikrincə, Rusiyanın istəkləri də ondan ibarətdir ki, ən azından yaxın zamanlarda atəşkəsə nail olsun: “Amma bu atəşkəs Rusiyanın mövcud işğalını möhkəmləndirəcəksə, Ukrayna bu sənədə imza atmayacaq. Mən belə düşünürəm. Hər bir halda beynəlxalq hüquq və tarixi ədalət Ukraynanın tərəfindədir. Ukraynanın öz torpaqlarını qorumaq üçün hüququ və iradəsi də var. Dünya da Ukraynanın yanındadır. Birləşmiş Millətlər Təşkilatında Rusiyanın Ukraynaya hücumunu və işğalçılıq siyasətini pisləyən sənədə 200 dövlətdən 150-i səs verdi. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyət Ukraynanı dəstəkləyir”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





