Nida.az
Təxribata cəhd etsələr, nəticələri ağır olacaq – Musabəyov
“Düşünürəm ki, hazırda Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və ya Serj Sərkisyanın hakimiyyətə qayıtması ehtimalı olduqca azdır. Amma onların hakimiyyətə qayıdışı ehtimalı az olsa da, bu qüvvələr mitinq və aksiyaları ilə Ermənistanla Azərbaycan arasındakı mövcud dialoqu ləngidirlər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkili Ermənistanda artıq bir neçə həftədir ki, davam edən aksiyaların nizamlanma prosesinə də təsirsiz ötüşmədiyini vurğulayıb:
“Sözsüz ki, İrəvandakı mitinqlər nizamlanma prosesinə də mənfi təsirini göstərir. Əgər revanşistlər bu prosesi pozub yeni hərbi qarşıdurma törətməyə cəhd göstərsələr, bunun nəticələri ağır olacaq. Budəfəki məğlubiyyət əvvəlki Qarabağ döyüşlərindən fərqli nəticələrə gətirib çıxaracaq. Yəni döyüşlər, dağıntılar, ölüm kabusu Azərbaycan ərazisi ilə məhdudlaşmayacaq. Bunun səbəbkarı isə erməni revanşistləri olacaq. Bu o deməkdir ki, erməni revanşistlərinin qəzəbi öz başlarında çatlayacaq”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
