Nida.az
Slovakiya Milli Şurasının sədri Şuşada - ZİYARƏT - FOTO
Ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.
Bu barədə Publika.az">Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilən bu hava limanının texniki imkanları barədə məlumat verilib. Slovakiya parlamentinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.
Sonra qonaqlar Füzulidən minalardan təmizləmə işləri aparılan sahəyə gediblər, minalardan təmizləmə işlərinin gedişi ilə yaxından tanış olublar. Burada Slovakiya Milli Şurasının sədri Boris Kolların iştirakı ilə minanın uzaq məsafədən partladılması prosesi həyata keçirilib. Sonra qonaqlar Şuşa şəhərinə yola düşüblər.
Şuşa şəhərində Slovakiya parlament nümayəndə heyətini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Şuşanın Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər Meydanı ətrafında yerləşən Prezidentin Xüsusi Nümayəndəliyinin binasında aparılan bərpa işləri ilə tanış olublar. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.
Sonra parlament nümayəndələri Cıdır Düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır Düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır Düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Slovakiya Milli Şurasının sədri Boris Kollar Şuşada Slovakiyanın STV telekanalına müsahibə verib. Spiker müsahibəsində Şuşanın azad olunmasından, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəllərinin tarixindən danışıb, səfər barədə təəssüratlarını bölüşüb.
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi




























.jpg)
.jpg)




