Səhiyyə
Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
Lozannadakı Federal Politexnik Məktəbinin (EPFL) alimləri beyni yağların (lipidlərin) tərkibinə görə 539 kimyəvi cəhətdən fərqli zonaya bölərək xəritəsini tərtib ediblər. Bu “lipid zonaları” anatomiyaya və genlərin işinə əsasən qurulmuş əvvəlki xəritələrin görmədiyi sərhədləri üzə çıxarıb
Publika.az xəbər verir ki, tədqiqat “Nature” jurnalında dərc olunub.
Alimlər 11 siçanın beyninin 109 kəsiyində 172 növdə lipidi ölçüblər - ümumilikdə təxminən 7 milyon ölçmə aparılıb. Məlumatlar kütlə-spektrometrik vizuallaşdırma üsulu ilə əldə olunub və maşın təliminin köməyi ilə üçölçülü xəritədə toplanıb. Məlum olub ki, lipidlər xaos şəklində paylanmayıb, əksinə, dəqiq naxışlar əmələ gətirir.
“Lipidlər poçt indeksləri kimi işləyərək uzaq, lakin qohum beyin sahələrinə eyni kimyəvi ünvanı mənimsədir”, — deyə müəlliflər izah ediblər.
Xüsusilə ağ maddə təəccüb doğurub: uzun müddət onun kifayət qədər eynicinsli olduğu hesab edilsə də, onun çoxlu sayda müstəqil lipid zonalarına bölündüyü ortaya çıxıb.
Xəritə hamiləliyin də gözlənilməz effektini üzə çıxarıb. Hamiləlik beynin lipid tərkibini erkəklər və dişilər arasındakı tipik fərqlərdən daha güclü şəkildə, üstəlik, ən çox qabıq hissəsində dəyişib. Sinir liflərinin mielin qabığının komponenti olan qalaktosilseramid ağ maddədə kəskin şəkildə artıb.
“Beyin öz şəbəkəsini hamiləlik tapşırıqlarına uyğun olaraq yeniden kökləyir”, - deyə tədqiqatçılar qeyd ediblər.
Xəritə siçanlar üzərində qurulub və birbaşa insana tətbiq edilə bilməz. Müəlliflər ümid edirlər ki, eyni yanaşma insan beynində də bənzər kimyəvi “zonaları” görməyə kömək edəcək, bu isə onun quruluşunu və xəstəliklərini anlamaq üçün vacibdir. Beynin lipid tərkibindəki pozuntuları neyrodegenerativ və psixi pozuntularla əlaqələndirirlər, buna görə də təfərrüatlı kimyəvi xəritə onların erkən əlamətlərini harada axtarmaq lazım gəldiyinə dair ipucu verə bilər.
Hüseyn İbadlı
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR












.jpg)


.jpg)

















.png)

