Nida.az
"İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi"
Azərbaycanla Türkiyə arasındakı tranzit yolun inşa edilməsini həsrətlə gözləyirik. Tranzit yolu açılarsa, Türkiyədən Qarabağa çoxsaylı səyahətlər olacaq. Qarabağda böyük layihələr həyata keçirilə bilər. Orada hər cür turistik fəaliyyət üçün çox yaxşı imkanlar var. Türk turistlər müxtəlif yerlər axtarırlar və Qarabağ bizə daha yaxındır. Gözəl təbiəti olan bu ərazilər səyahət etmək üçün çox yaxşı yerlərdir.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında türk səyyah Uğur Demircan söyləyib.
“İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi. Qarabağda ermənilərin törətdiyi vandalizmi dəhşətlə izlədim. Belə görüntülər insanları vahiməyə salır. Xüsusilə Ağdamda baş verənlər mənə çox pis təsir etdi. Yüz min əhalisi olan bir yerin bu hala gəlməsi çox dəhşətlidir. Mən hətta bu şəhərin dağıntılarla belə halda qalmasını təklif etdim ki, beynəlxalq ictimaiyyət buna şahid olsun.
Dünyaca məşhur səyyahların işğaldan azad olunmuş Qarabağa gəlməsi, erməni vandalizminə şahidlik etməsi təqdirəlayiq haldır”, - deyən Uğur Demircan uzun illər işğalda olan ərazilərin indi sürətlə abadlaşdırıldığını vurğulayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)


























.jpg)
.jpg)

