Nida.az
50 illik müddət bitir: Rusiya dağılacaqmı? - DETALLAR
“Artıq ikinci aydır ki, Rusiyanın müxtəlif dövlət yetkililəri dünyanı nüvə silahı ilə hədələyir. Mariya Zaxarovadan tutmuş Federasiya Şurasının vitse-spikeri, Dövlət Dumasının səlahiyyətli şəxslərinə qədər bu məsələni gündəmə gətirirlər. Mediada da bu mövzunu mütəmadi tirajlayır. Amma bir şeyi başa düşmək lazımdır ki, Kreml nüvə silahını tətbiq eləsə, Rusiya bir dövlət kimi məhv olacaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Moskva gərək bunu yaxşı dərk eləsin:
“Vladimir Putin Rusiyanı çox pis günə qoyub. 50 il əvvəl tarixçi Lev Qumilyov demişdi ki, yarım əsrdən sonra Rusiya dağılacaq. Həmin müsahibədə deyilən vaxt bu ilin noyabr ayına təsadüf edir. Bəlkə də Kremldə bunu bilirlər deyə bu cür hədələrlə məsələni Rusiyanın xeyrinə həll eləmək istəyirlər. Əslində Rusiya müharibənin ilkin mərhələsini uduzub. Artıq 3 gün sonra müharibənin 4 ayı tamamlanacaq. Bu müddət ərzində Moskva Kiyevin müqavimətini qıra bilməyib. Getdikcə Ukrayna daha güclü müqavimət göstərir. Kremldə hesab edirdilər ki, Zelenski və onun komandası gənclərdən ibarətdir və həddindən artıq təcrübəsizdirlər. Ruslar elə düşünürdülər ki, ukraynalılar ilk gündən hər şeyi qoyub qaçacaq və onlar hər şeyi asanlıqla əldə edəcəklər”.
Politoloqun fikrincə, ona görə də nüvə təhdidi Ukraynanı və onu müdafiə edənləri qorxutmağa hesablanıb:
“Rusiya çox gözəl başa düşür ki, nüvə silahından istifadə edilərsə, bunun çox ağır nəticələri ola bilər. Əgər Ukrayna ərazisinə bircə atom bombası atılarsa, birinci növbədə Rusiyanın özünün qərb hissəsi məhv ola bilər. Burada həm də Belarus yerləşir. Ukraynada 17 milyon rus yaşayır. Söhbət Donetsk və Luqanskdan gedir. Bəlkə də Vladimir Putin nüvə silahından istifadə edə bilər, çünki bu adamın psixoloji problemləri var. Amma Rusiyanın buna gedəcəyi ilə bağlı düşünmək, fikir söyləmək çətindir. Kremlin bu addımı atacağını düşünmürəm. Çünki şimal qonşumuzun 150 milyonluq əhalisinin 70 faizi Avropa hissəsində yaşayır. Mən demirəm ki, Ukraynanın nüvə silahı var, amma Rusiya tərəfindən atılacaq kiçik nüvə başlıqlı bomba hər iki ölkəyə ciddi ziyan vuracaq. O cümlədən, Rusiyanın qonşuları, əsasən də Belarus bundan ciddi ziyan görəcək. Moskva Minsk kimi həmkarını, tərəfdaşını itirmək istəməz. İnandırıcı görünmür, amma Putinin psixolji gərginliyi nüvə silahının atılmasını istisna eləmir”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir






















.jpg)

.jpg)












