Nida.az
“The Economist”: “Azərbaycanın qanuni torpaqlarını ermənilər idarə edir”
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivləri
NATO-nun Uels sammitində ABŞ dövlət katibi Con Kerri ilə Azərbaycan
prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın
görüşündə müzakirə edildi. Danışıqların gedişində əldə olunan
nəticələr dəqiq bilinmir, lakin bu görüş Cənubi Qafqaza Qərb
tamaşaçının marağını artıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının Qarabağla bağlı dərc etdiyi materialda deyilir.
“Qarabağ: Dağlıq münaqişəsi” adlı məqalədə qeyd edilir ki,
Azərbaycanın qanuni torpaqlarını etnik ermənilər idarə edir.
“1988-ci ildə parçalanma müharibəyə gətirib çıxartdı. Nəticədə 30
min insan həlak oldu. Atəşkəs 1994-cü ildə bağlandı, lakin
Azərbaycan 20 faiz torpağını itirdi. Bu müddət ərzində cəbhədə atəş
səsləri eşidilirdi, lakin bu il 1994-cü ildən bəri ilk dəfə böyük
miqyaslı hücumlar baş verdi.
Azərbaycan prezidenti “müharibə bitməyib, bu yalnız birinci hissədir” xəbərdarlığını etdi.
Avqustun əvvəlində Rusiya prezidenti Vladimir Putin hər iki
prezidenti Soçiyə çağırdı. Cəbhədəki qarşıdurma yumşaldı, lakin
tərəflər münaqişəni nizama salınmasına əsla yaxınlaşmadı.
Sentyabrın 2-də Sərkisyan “Dağlıq Qarabağ Respublikasının”
müstəqilliyinin 23-cü ildönümünü təbik etdi”, - deyə nəşr
yazıb.
Karneqi fondunun eksperti Tomas de Vaal güman edir ki, beynəlxalq vasitəçilərin təhlükəsizlik zəmanətlərinə inam tükənib.
Bakı ikilistandartları gündəmə gətirir və qaçılmaz sual qoyur:
“Qərb Krımın ilhaqı üçün Rusiyanı cəzalandırdığı halda, nə üçün
Dağlıq Qarabağın işğalına görə Ermənistana heç nə etmir?”
Əslində çox maraqlıdır ki, Qərb ərazi bütövlüyünün pozulmasının qarşısını almaq üçün güc tətbiqini təqdir edir, lakin Azərbaycandan səbirli olmağı istəyir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə hesab edir ki, Azərbaycan bununla Qərbin münaqişənin həllindəki gücünə etibarı itirir.
Qeyd edək ki, bir il öncə “The Economist” “Dağlıq Qarabağ
münaqişəsi: çürüyən yara” adlı məqaləsində ATƏT-in Minsk qrupunun
qabiliyyətsizliyinə diqqət çəkərək, Beynəlxalq Böhran Qrupunun
hesabatına istinad edirdi. Qeyd edirdi ki, nə qədər yanlış olsa da,
erməni mediası Azərbaycanın işğal edilmiş ərazilərini “azad
edilmiş” olaraq təqdim edir. Bu da vəziyyəti
kəskinləşdirir.
Asif Nərimanlı
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO









.jpg)

_(1).jpg)
























