Nida.az
“The New York Times”: “Azərbaycan hədəfdədir, Vaşinqton ayılmalıdır”
“Rusiya təkcə Ukraynada “suyu bulandırmır”. SSRİ dağılandan sonra Moskva sərhəd olduğu ölkələrdə separatçıları dəstəkləyir və onların təzyiqi ilə post-sovet ölkələrinə diktə edir. Bu gün Kreml aktiv şəkildə Cənubi Qafqaza doğru irəliləyir”.
Publika.az xəbər verir ki, bu barədə Hayf
Universitetinin tədqiqatçı professoru Brende Şafferin “The New York
Times”nəşrində dərc olunan məqaləsində deyilir.
Müəllif qeyd edir ki, Moskva dağlıq Qarabağ münaqişəsinin tərəfləri
olan Azərbaycan və Ermənistan arasında sülhyaradan rolunda çıxış
edir: “Soçi görüşündən əvvəl cəbhədə vəziyyət xeyli gərgin idi,
lakin Putinin təşəbbüsü ilə bu aradan qalxdı. Lakin heç kim zəmanət
verə bilməz ki, bu gərginlik elə Moskvanın özü tərəfindən
yaradılmayıb.
Cənubi Qafqaz uzaq region kimi görünə bilər. Lakin bura Rusiya,
İran və Türkiyə ilə həmsərhəddir. Neft və təbii qazın həyati
əhəmiyyətli marşrutu olaraq bura Mərkəzi Asiyadan enerjini
Rusiyadan yan keçərək Avropaya gətirə biləcək yeganə yoldur. Qərb
məmurları özlərinə icazə verə bilmirlər ki, regionun başqa hissəsi
Moskvaya aid olsun. Çünki Rusiya 2008-ci ildə Gürcüstandan Cənubi
Osetiya və Abxaziyanı aldı, bu il də Krımı zəbt etdi”.
Şaffer xatırladır ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bura Dağlıq Qarabağ və ətraf rayonlar daxildir. Onun sözlərinə görə, atəşkəs haqda razılaşmanın olmasına baxmayaraq, 1994-cü ildən bu günə qədər qarşıdurma tez-tez olur: “Rusiya qoşunları Ermənistanın Hava Hücumundan Müdafiəsinə nəzarət edir. Həmçinin, Moskva Ermənistan iqtisadiyyatında əsas paya malikdir. Əgər konkret danışsaq deyə bilərik ki, Rusiya münaqişənin daim qalması üçün üsullar tapdı. 90-cı illərdə Azərbaycan və Ermənistan üç dəfə sülh razılaşmasını imzalamağa yaxınlaşdı, lakin Rusiya Ermənistana təzyiq edərək bunu pozdu. Misal üçün, 1999-cu ildə Ermənistanın baş naziri, parlamentin spikeri və digər məmurlar parlament binasına hücum nəticəsində öldürüldü.
Həll olunmamış münaqişə dondurulmuş münaqişədir. Moskva hesab
edir ki, bu Rusiya qoşunlarının bölgəyə girməsinə bəraət
qazandırır. Bu da tərəflərdən heç birinə Moskvanın icazəsi olmadan
Qərblə sıx münasibətlər qorumağa imkan verməyəcək”.
Müəllif Soçi görüşünə toxunaraq bildirir ki, İlham Əliyevdən fərqli olaraq Sərkisyan Putinin təşəbbüslərindən məmnun görünürdü.
“Lakin bu görüş nəticə vermədi. Açıq müharibə isə Rusiyaya
“sülhməramlılarını” Qarabağa yerləşdirmək üçün səbəb verə bilər.
Cənubi Qafqazın destibiliyaziyası Avropanı Rusiya asılılığında
qurtarmağa hesablanan enerji layihələrinin sonu deməkdir. Lakin
Amerika məmurları buna adekvat reaksiya vermir. Doğrudanmı
Vaşinqton Gürcüstan və Ukraynadan sonra heç nə anlamır? Hesab
edirəm ki, Putinin bu bölgəni ələ keçirməsinə bəhanə vermədən
prezident Obama Azərbaycan və Ermənistan prezidentlərini bir araya
yığıb məsələni müzakirə etməlidir. Göstərməlidir ki, Amerika Cənubi
Qafqazdan imtina etməyib. Bu liderləri Rusiya təzyiqinə qarşı
durmağa stimullaşdıracaq. BMT-nin baş Məclisinin sessiyası gələn
həftə başlayacaq. Bu, dəstəyin nümayişi üçün əla fürsətdir”, - deyə
Şaffer qeyd edir.
Asif Nərimanlı
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
















.jpg)






.jpg)














