Nida.az
Rusiyalı ekspert: “Müharibəyə başlamaq Azərbaycana sərf etmir”
“Rusiya üçün Azərbaycan regionda strateji partnyordur. Moskva Cənubi Qafqazda Bakının liderliyini tanımağa və onun maraqlarını nəzərə alaraq hərəkət etməyə məcburdur”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyada
ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
Ekspert hesab edir ki, Rusiyanın Ermənistanı müəyyən mənada himayə
etməsi Azərbaycanın incikliyinə səbəb olur: “Bunun da bir neçə
səbəbi var, misal üçün, Rusiya Xarici İşlər Nazirliyində güclü
erməni lobbisinin olması kimi. Bundan başqa, Rusiya Azərbaycanın
müstəqil xarici siyasət aparmasını qısqanır. Bu, keçmiş imperiya
düşüncəsinin qalıqlarıdır. Axı necə ola bilər ki, onun güclü
opponentləri ilə Bakı bərabər şəkildə münasibət qura bilib. Belə
fikir var ki, hansı ki bu, səhv fikirdir, Qarabağı Bakıya verməklə
Moskva Azərbaycanı ələ alacaq, Yerevansa Rusiyadan uzaqlaşacaq. Bu,
səhv yanaşmadır”.
V. Arkov qeyd edib ki, Cənubi Qafqazda sabitliyi pozmağa maraq
oyanıb, o cümlədən Qarabağ münaqişəsinin yenidən alovlandırılması
cəhdləri görünür.
“Bəlkə də, azərbaycanlılar təəccüblənəcək, amma onu deyə bilərəm
ki, Ermənistanda yenidən müharibənin olmasında heç maraqlı deyil.
Ermənistanın müharibə bəyanatları daha çox daxili siyasətə
hesablanmış populist çıxışlardır. Bir reallıq var. Rusiya Kollektiv
Təhlükəsizlik müqaviləsi Təşkilatında öhdəliklərinin olmasına
baxmayaraq, müharibə olacağı təqdirdə, Ermənistana yardım
etməyəcək. İndiki aspektdə ermənilər anlayırlar ki, Azərbaycandan
əhəmiyyətli dərəcədə zəifdirlər. Bilirlər ki, müharibə olsa, bütün
işğal etdiklərini geri qaytarmaq məcburiyyətində qalacaqlar. Digər
tərəfdən, indiki vəziyyətdə müharibəyə başlamaq Azərbaycan üçün
əlverişsizdir. Çünki beynəlxalq aləmdə qəbul elətdirə bilib ki, o,
erməni təcavüzünə məruz qalıb. Əgər hücum etsə, baxışlar
dəyişəcək”, - deyə o bildirib.
Ekspert Cənubi Qafqazda Türkiyənin siyasətinə də toxunub: “Ankara
son dövrlər Cənubi Qafqazda öz mövqeyini gücləndirir. Lakin region
üzərində Moskva və Ankaranın aşkar rəqabətinə baxmayaraq, hər iki
tərəfin əməkdaşlığı regionda dünyanın güc balansını saxlamağı təmin
edəcək”.
Asif Nərimanlı
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
İdman20:00UEFA Konfrans Liqası: "Torpedo" - "Zirə" oyunu başladı - YENİLƏNİR
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO






.jpg)



.jpg)























