Nida.az
Milli Məclis Avropa Parlamentinə bəyanat ünvanlayıb
Azərbaycan Milli Məclisi (MM) Avropa Parlamentinin sentyabrın
18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq
bəyanat qəbul edib.
Parlamentin bu gün keçirilən plenar iclasında bəyanatı deputat Məlahət İbrahimqızı oxuyub.
Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və
qeyri-obyektivdir: “Həbsdə və ya istintaq altında olan şəxslərin
məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir
araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət
belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə
məhdudlaşdırılmayan İnternet şəbəkəsi mövcuddur. QHT-lərin
fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların
sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki,
qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə,
Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının
pozulması faktları var. Lakin bunlar sistemli xarakter
almayıb”.
Bildirilib ki, Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını
şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl
kimi qiymətləndirir: “Əgər bu cür münasibət davam edəcəksə,
Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik
məsələsini bir daha müzakirə etmək məcburiyyətində
qalacaq”.
Bəyanat səsə qoyularaq qəbul edilib.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?

















.jpg)
.jpg)

















