Nida.az
YAP-dan mitinq açıqlaması: “Maksimum 50 nəfərlik piket keçirə bilərlər”
“Milli Şura gündəmə gəlmək üçün belə qərarlar qəbul edir, halbuki özləri də yaxşı bilirlər ki, 3-5 adamlıq mitinqlə heç nə edə bilməzlər”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqi şərh edərkən deyib.
Onun sözlərinə görə, Milli Şura heç bir fəaliyyəti olmayan,
cəmiyyət tərəfindən qəbul edilməyən ölü bir qurumdur: “Hazırda bu
təşkilatın bircə adı qalıb, üzvləri hər keçən gün buranı tərk edir.
Onlar kiminlə mitinq edəcəklər? Bir Cəmil Həsənlidir, o da özü
çıxıb danışacaq”.
S. Novruzov Milli Şuranın seçki vaxtı keçirdiyi mitinqləri xatırladaraq deyib ki, onda guya bu qurum güclü vaxtları idi.
“Guya bir neçə təşkilatı özündə birləşdirən müxalifətin əsas
mərkəzi idi. Amma mitinqlərdə onların nəyə qadir olduğunu hər kəs
gördü. 15-20 təşkilatın birgə mitinqində iştirakçıların sayı 500
nəfəri keçmirdi. İndi nə qədər adam qatılacaq? Maksimum 50 nəfərlik
piket keçirə bilərlər”, - deyə YAP rəsmisi qeyd edib.
S. Novruzov əlavə edib ki, Azərbaycanda mitinq əhvali-ruhiyyəsi
yoxdur. Onun sözlərinə görə, bu gün heç kim öz dəyərli vaxtını belə
boş mitinqlərə sərf etməz: “Çünki insanlar kimin kim olduğunu yaxşı
bilir, bu hökuməti də, bu iqtidarı da tanıyır. Bunu mitinq keçirmək
istəyənlər də yaxşı bilirlər. Amma onların məqsədi mitinq keçirdib
nəsə demək yox, sadəcə, xarici sifarişləri yerinə yetirməkdir.
Yaxud da xaricə “biz də varıq” deyə özlərini göstərirlər”.
YAP rəsmisi Milli Şuranın təyin etdiyi mitinqdən danışıb vaxt
itirməyin də mənasız olduğunu bildirib.
Asif Nərimanlı
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var










.jpg)















.jpg)
.jpg)









