Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin bu gün Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Tərəflər Transanadolu qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini də qeyd ediblər.

Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm