Nida.az
“İranın Azərbaycanda terror törədəcəyi real deyil”
Politoloq Elxan Mehdiyev İranın Azərbaycanda və digər qonşu ölkələrdə terror həyata keçirəcəyinə inanmır. Politoloq Publika.Az-a İranın Azərbaycanda və digər qonşu ölkələrdə terror törədə biləcəyinə dair Amerika mətbuatında yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib.
Elxan Mehdiyev hesab edir ki, İranla Azərbaycan arasında münasibətlər pik həddə çatıb və bundan artıq münasibətlərin gərginləşəcəyini gözləməyə dəyməz:
“Əlbəttə, son dövrlər Azərbaycanla İran arasında gərgin münasibətlər hökm sürür. Belə demək mümkünsə iki qonşu ölkə arasında informasiya müharibəsi gedir. Heç bir tərəf güzəştə getmək niyyətində deyil.
Düşünürəm ki, bu nə İrana, nə də Azərbaycana siyasi dividentlər gətirmir. Şəxsən mən məsələyə iki aspektdən yanaşmağın tərəfdarıyam.
Birincisi, İran anlamalıdır ki, Azərbaycanla münasibətlərin gərginləşməsi onun mövcud durumuna adekvat deyil. İrana qarşı Qərbin artan təzyiqləri fonunda Azərbaycanla gərgin münasibətlər yalnız bu ölkənin əleyhinə yönələ bilər.
İkincisi, Azərbaycan bu məsələdə ehtiyatı əldən verməməlidir. Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə də İranın düşmən ölkənin tərəfinə keçmək ehtimalı var.
Artıq İranın bu istiqamətdə səyləri də ortadadır. Bütün hallarda münasibətlərin gərginləşməsi digər maraqlı ölkələrin maraqlarına xidmət edir ki, bundan da uduzan İran və Azərbaycandır”.
Azər Niftiyev
Publika.Az
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı







.jpg)


























