Nida Xəbər
Sahibə Qafarova: İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir
Azərbaycan İslam dünyası və İslam Əməkdaşlıq təşkilatı ölkələri ilə əməkdaşlığa önəm verir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, zəngin tarixi və mədəni irsi, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir: “Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm dayanıqlı inkişaf istiqamətində göstərilən səylərə ciddi təsir göstərir və onları məhdudlaşdırır. Bu çətinliklərin öhdəsindən gəlmək və mövcud potensialını tam şəkildə reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə əsaslanan birlik və həmrəyliyə ehtiyacı var”.
S. Qafarovaqeyd edib ki, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqələrin gücləndiyi müasir dünyada müsəlman ölkələrinin birlikdə hərəkət etməsi, bir-birini dəstəkləməsi və ortaq məqsədlər naminə fəaliyyət göstərməsi heç vaxt indiki qədər vacib olmayıb: “Parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynayırlar. Eyni inancı paylaşan dost və qardaş xalqlarımızın nümayəndələri olaraq biz ziddiyyət və parçalanmanı deyil, həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik”.
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır





















.jpg)


.jpg)









.jpg)

.jpg)