Nida.az
“Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək” - RƏY
Millət vəkili Çingiz Qənizadə Qərb diplomatlarından və mətbuatından Azərbaycanın ünvanına gələn tənqidlərə münasibət bildirib. O, Publika.Az-a açıqlamasında Azərbaycanın heç bir halda özünün müstəqil xarici siyasətindən imtina etməyəcəyini deyib.
Bəzi ekspertlərin qənaətinə görə, Qərbdən Azərbaycan hakimiyyətinə təzyiqləri stimullaşdıran amil məhz Azərbaycanın İran məsələsində neytral mövqeyi və anti-İran koalisiyasına qoşulmaqdan imtinasıdır.
Millət vəkili Çingiz Qənizadə hesab edir ki, Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Azərbaycan İran məsələsində neytral mövqeyini qoruyub saxlayır: “Azərbaycan xarici dövlətlərlə münasibətdə balanslaşdırılmış siyasi xətt yürüdür. Bu həm də bizim qonşu dövlətlərə, o cümlədən İrana münasibətimizə də aiddir.
Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, heç bir halda İrana qarşı koalisiyaya qoşulmayacaq, ölkəmizin ərazisindən İrana qarşı hərbi hücumlara imkan verməyəcək. İranın Azərbaycana qarşı haqsız mövqeyinə baxmayaraq, Azərbaycan İranla dost münasibətini bu gün də davam etdirir”.
“Eurovision” beynəlxalq musiqi yarışmasının siyasi hadisə olmadığını deyən millət vəkili bəzi qüvvələrin bundan öz məqsədləri üçün yararlanmasını təəssüf hissi ilə qeyd edib: “Kimin nə deməsindən, hansı planlar qurmasından asılı olmayaraq, “Eurovision-2012” Bakıda çox yüksək səviyyədə keçiriləcək. Bununla bağlı həm yerli, həm də beynəlxalq dairələrin təzyiqləri heç bir nəticə verməyəcək”.
Azər Niftiyev
Publika.Az
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı