Nida.az
Deputat: “Yaxın vaxtda İsrail Xocalı soyqırımını tanıya bilər”
“İsrail parlamenti Knessetdə Xocalı soyqırımını tanınması ehtimalı böyükdür”. Publika.Az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AZİZ) baş direktoru Lev Spivakın açıqlamasını şərh edərkən belə deyib.
AZİZ-in baş direktoru Lev Spivak Xocalı soyqırımının Knessetdə tanıtma şansından danışarkən belə deyib: “Bizim elə bir gücümüz var ki, burada nəinki Xocalı soyqırımını müzakirəyə çıxara, hətta Knesset tərəfindən tanıtdıra da bilərik. İsrail bu gün təkcə Hitler tərəfindən qaraçılara qarşı törədilmiş soyqırımı tanıyır. Amma bu o demək deyil ki, Xocalı soyqırımı mövzusu müzakirə olunmamalıdır. Xocalı faciəsi dünyanın ən dəhşətli faciələrindən biridir”.
Millət vəkili Yevda Abramov da Xocalı soyqırımının İsrail parlamenti tərəfindən tanınma şanslarını yüksək qiymətləndirir: “İsraillə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var. Çox sevindirici haldır ki, bu münasibətlər artan templə inkişaf edir.
Fevralın 22-də İsrail Knessetində Azərbaycanla bağlı dinləmələr keçirildi. Dinləmələrdə İsrail parlamentinin deputatları, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, Azərbaycan tərəfdən də qonaqlar iştirak edirdi. İyun ayının əvvəlində isə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AZİZ) qurultayı keçiriləcək. Qurultayda mən də iştirak edəcəyəm.
Bu gün İsrail Knessetində vaxtilə sovet vətəndaşları olan deputatlar təmsil olunur. Onlar da Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının üzvüdürlər. Əlbəttə, münasibətlərin bu şəkildə davamı deməyə əsas verir ki, yaxın gələcəkdə İsrail parlamentində Xocalı soyqırımı rəsmən tanına bilər”.
Azər Niftiyev
Publika.Az
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Banklar 18:50
Müştərilərini itirən “Yelo Bank”ın kredit oyunu - 516 milyonluq depozit hara gedib?
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi