Nida.az
Səməd Seyidov: “Ermənistan beynəlxalq normalardan imtina etməyə başlayıb“
İstər filmlərin nümayişi, istər Xankəndində inşa olunan aeroport, istər Avropa Şurasının yaratdığı komitənin iclasına, istərsə də Bakıda keçiriləcək "Eurovision" yarışmasına qatılmamaq buna misaldır".
Publika.Az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarasi əlaqələr Komitəsinin sədri Səməd Seyidov verib.
S. Seyidovun sözlərinə görə, bu yaxınlarda Bakıda Avronest Parlament Assambleyasında 11-12 deputatla təmsil olunan Ermənistanın "Eurovision" yarışmasına qatılmaqdan imtina etməsi onların provokasiya cəhdlərini göstərir: "Ermənistan öz siyasətində dünyada qəbul edilmiş beynəlxalq normalardan imtina etməyə başlayıb. Bu heç də təsadüf deyil. Burada təhlükəli məqam da var ki, onun arxasında dayanan qüvvələr İrəvanı belə addım atmağa vadar edir. Son vaxtlar cəbhə xəttində onların təxribat hərəkətləri artıb. Onlar belə addımlar ataraq, Azərbaycanı da buna vadar etməyə çalışırlar".
Publika.Az
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
MDB12:50İran şahının oğlu Odessada peyda oldu - VİDEO
-
MDB12:27Rusiyanın 4 regionuna yay əvəzinə qış gəldi - Dəhşətli iqlim dəyişiklikləri(VİDEO)
-
Maraq dünyası12:1940 milyon yaşı olan lələk tapıldı - FOTOLAR
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

















.jpg)







.jpg)











