Gəncə şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib
Bizi izləyin

Nida.az

Gəncə şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib

Hər il olduğu kimi , bu il də Gəncədə 2fevral – Gənclər Günü münasibəti ilə keçirilən möhtəşəm tədbirlər şəhərin qaynar həyatına bayram əhval-ruhiyyəsi gətirib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi , şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncədəki Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüş əlamətdar hadisə olaraq gənclərin yaddaşında həmişəlik olaraq qalacaq.


Görüş iştirakçıları əvvəlcə gənclərin inkişafına, cəmiyyətdə formalaşmasına xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül –çiçək dəstələri qoyublar.

Tədbir iştirakçıları tərəfindən Azərbaycanın Dövlət himni canlı ifa edilib.Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqil Azərbaycan gənclərini bayram münasibəti ilə təbrik edib, və onlara daha parlaq və uğurlu gələcək arzulayıb.İcra başçısı qeyd edib ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi hərtərəfli diqqət və qayğı, onlara verilən geniş imkanlar gənclərin inkişafına , onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanmasına geniş şərait yaradıb. Gənclər cəmiyyətin aparıcı qüvvəsi olmaqla, dövlətçiliyimizin möhkəmləndirilməsində, Vətənimizin tərəqqisində , dünya miqyasında nüfuzunun artmasında çox böyük fəallıq göstərirlər.

Dövlətimizin gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncliyinin səsi bu gün ən mötəbər beynəlxalq tədbirlərdən gəlir. Onların sırasında Gəncə gənclərinin də müstəsna yeri var. Gəncənin 2016-ci il üçün Avropanın gənclər paytaxtı seçilməsi şəhərimizin fəal gənclərinin nailiyyətidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev, Avropa Gənclər Forumunun nümayəndəsi Berto Bartolomeo Bufi, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə - gənclər təşkilatının sədri Tural Məmmədzadə, Gəncə Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Orxan Məmmədov, Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə və başqaları çıxış edərək ölkə rəhbərliyi , Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən gənclərə göstərilən ehtimadı şərəfli və uğurlu işlərində bundan sonra da layiqincə doğruldacaqlarını bəyan etməklə, dərin minnətdarlıqlarını bildiriblər.

Sonda 2014-cü ilin yekunlarına əsasən idman, elm, mədəniyyət sahələrində, ictimai həyatda göstərdikləri fəallığa görə bir qrup gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm