Nida.az
Kəlbəcərli girovların məsələsi TBMM-də: “Dünyanı ayağa qaldıracağıq” – VİDEO
Türkiyə Böyük Millət Məclisində (TBMM) Kəlbəcərli girovların məsələsi qaldırılıb.
Publika.az xəbər verir ki, TBMM-nin dünən
keçirilən iclasında CHP-li millət vəkili Əli Özgündüz rəsmi
Ankaranı girovların azad olunması istiqamətində fəaliyyətə çağırıb:
“Ötən il Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər
rayonunda analarının məzarını ziyarətə gedən üç azərbaycanlı erməni
əsgərləri tərəfindən tutuldu. Biri öldürüldü.
Digər ikisi - Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qondarma “məhkəmə” quruldu. Əsgərov ömürlük, Quliyev isə 22 illik həbs cəzasına “məhkum” olundu. Bu məsələ Azərbaycan üçün önəmlidir. Biz “bir millət, iki dövlətik” deyirik. Belədirsə, deməli bizim millətdən iki nəfər bu gün Ermənistanda qanunsuz şəkildə həbsdə saxlanılır”.
Ə. Özgündüz Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələni nəzarətə
götürməsini tələb edib.
“Bu iki əsir türk qardaşımızın azad olunması, öz ölkəsinə təhvil
verilməsi üçün Türkiyə hökuməti hərəkətə keçməlidir. Beynəlxalq
aləmdə bəsit bir insan azadlığının pozulması nəticəsində dünya
ayağa qalxır. Əslində indi bizim dünyanı ayağa qaldırmağımız
lazımdır. Azərbaycan bizi özünə qardaş bilir. Biz Azərbaycanı tək
buraxmamalıyıq. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir
deyirik. Bu gün Azərbaycan kədərlidir və biz buna ortaq olmalıyıq.
Əgər qardaşlarığımız sözdə yox, əməldədirsə, bunu sübut etməyin ən
yaxşı məqamıdır. İqtidarlı-müxalifətli olaraq bu məsələnin üzərinə
getməliyik”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi









.jpg)


.jpg)
























