Nida.az
Rusiyalı dizayner üzr istədi, XİN əfv etdi: “Qara siyahı”dan çıxarıldı
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozan və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubda Artemiy Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.
Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə
razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini
vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını
xahiş edib.
Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun
adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
Qeyd edək ki, Artemiy Lebedev məşhur dizayner, ixtiraçı, biznesmen, səyahətçi, bir neçə dizayn studiyasının və şirkətin yaradıcısı və şərikidir.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı