Nida.az
Razi Nurullayev: “Məni Əli Kərimli özü istefaya çağırdı” – YENİ DETALLAR
Dünən AXCP-dən istefa verən Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev partiya rəhbərliyi ilə münasibətlərində yeni detallar açıqlayıb.
Publika.az xəbər verir ki, R. Nurullayev dünən Əli Kərimli ilə
görüşdüyünü deyib: “Məni necə tanıyırsınızsa, necə görmüsünüzsə,
elə də qalıram. Dünən Əli Kərimli məni evinə dəvət etdi.
Müavinlikdən çıxardığını söylədi. Təklif etdi ki, partiyadan istefa
verim. Fakt gətirmədən ümumi sözlər danışdı. O ümumi sözləri, hər
kəs, hər gün deyir. Partiyada haqqında “satqın” damğası vurulan az
adamlardan biri mən idim. Digərləri haqqında axtarış edin və görün
ki, onlar haqqında nələr yazılmayıb. Əsas olmadan məni partiyadan
çıxmağa məcbur etdi. Partiyadan öz xoşumla getmədim. Çünki mən
içəridə mübarizə aparıb onu içindən dəyişmək istəyirdim. O isə
partiyaya şirkəti kimi baxdığından buna dözmək istəmirdi”.
R. Nurullayev qeyd edib ki, Əli Kərimliyə ən yaxın olanlar
zombiləşmiş, öz əqidəsi və düşüncəsi ilə hərəkət etməyənlərdir:
“Rəyasət Heyətində ağıllı və müstəqil söz deyənləri qəbul etmirlər.
O insanlar abır və həyasına bürünüb səslərini çıxarmırlar. Mən
onların səsi olacağam. Onların ürəklərində saxladıqları və dilə
gətirmədiklərini hər gün bir-bir açıqlayacağam. Gözəl Bayramlı,
Həsən Kərimov, Natiq Ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla
əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə
düşməndir. Qaragüruhun ən öndə olan hissəsi budur. Onlardan
kiçikləri isə onlardan ilham alanlardır. Sədr də ancaq onları o
yana, bu yana çəkib nəsə pıçı-pıçı qururdu.
Başa düşmürdü ki, Rəyasət Heyəti dediyi və onlarla adamı topladığı qurumda digərlərinin hissiyyatını və qürurunu təhqir edir. Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə “İşverən”lər, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası düzəldib. Bunların əlindən heç kim göz aça bilmir. İndi AXCP-dən mən də getdim. Fərqli baxış və fərqli imic mən idim. İndi qaldı Əli Kərimli və onu əhatə edən qaragüruh zehniyyəti! Amma, mübarizəmiz davam edir. Partiyanı bu qaragüruh zehniyyətindən qurtarmaq üçün daha səylə işləyəcəyik”.
Asif Nərimanlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO