Nida.az
Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılır - FƏRMAN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında
fərman imzalayıb.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
verir ki, fərmanda aşağıdakılar nəzərdə tutulur:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafını və
rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji
nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya
sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və
yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin
yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli
Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək
Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(bundan sonra – Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan
1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı
yaradılsın.
2. Müəyyən edilsin ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı
innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması,
işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların
və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin
sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması)
üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə
qurumları olan ərazidir.
3. Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə
səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
4. Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin
təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Cəmiyyət
həyata keçirir.
5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin
təşkili, idarə olunması və inkişafı ilə bağlı Cəmiyyətə kömək
göstərsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli
gələn digər məsələləri həll etsin”.
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi


































.jpg)


