Nida.az
İran rəsmisi Xəzərin hüquqi statusundan danışdı
“Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunub”.
Publika.az-ın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib.
Nazir müavini deyib ki, iki gündür Bakıda işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunub.
Onun sözlərinə görə, 20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq:
“Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Xəzər dənizi ölkələri arasında qarşılıqlı etimad və sabitlik mühitinin mövcudluğunun Xəzər hövzəsində məsələlərin danışıqlar yoluyla həllinə imkan verdiyini bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi Xəzəryanı ölkələrin mənafeyinə, maddi və sosial rifahının yüksəlməsinə xidmət edir:
“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qruplarının görüşlərini davam etdirəcəyik”.
Vasif Həsənli
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...








.jpg)







.png)
















.jpg)


