Nida.az
Əli Həsənov: "Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır"
"Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını
siyasiləşdirməyə çalışır. Bunun acısını təkcə Azərbaycan deyil,
bütün Avropanın idman cəmiyyəti çəkəcək".
Trend xəbər verir ki, bunu Azərbaycanın Respublikası
Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media
nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş
geniş mətbuat konfransında bildirib.
Ə.Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə anti-Azərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə anti-Azərbaycan fəaliyyətlərini yönəldirlər: "Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz anti-Azərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil, bu kampaniyadan çəkinməyə çağırırıq".
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO















.jpg)

.webp)

















.jpg)


