Nida Təhlil
Sizin arvadınızı zorlasaydılar...
ABŞ-da seçkilərə az vaxt qalır və Donald Trampla
(respublikaçılar) Hillari Klinton (demokratlar) arasında
seçicilərin dəstəyinin əldə olunması uğrunda döyüş davam edir.
Seçkiqabağı təşviqat kampaniyası daha çox təhqirlərlə müşahidə
olunur. Lakin Amerika seçki kampaniyasının tarixində ilk dəfədir
telekanalların reklam gəlirlərinin azalması da diqqət çəkir. Nə baş
verir? Axı indiyə qədər namizədlərin əsas təşviqat platforması məhz
telekanallar olub.
Publika.az xarici mediaya istinadən bunun
səbəblərini araşdırıb.
Azyaşlı qız və nüvə göbələyi
1964-cü ildə Amerikada keçirilən prezident seçkilərində qəzəbli
qarşıdurma yaşandı. Demokratların namizədi Lindon Conson Con
Kennedinin qətlindən sonra ölkəni bir il ərzində idarə etmiş rəqibi
Barri Qolduotera uduzurdu. "Respublika qırğısı" adı ilə məşhurlaşan
Barri cəmiyyətdə anti-sovet əhval-ruhiyyəsini lazımınca istifadə
edərək, böyük kütləni öz tərəfinə çəkməyi bacarmışdı. Consonun
seçki qərargahı güclü rəqibin məğlubiyyətinə səbəb olacaq
vasitələri ümidsiz şəkildə axtarırdılar və onlar televiziyaya
müraciət etdilər. Demokratlar Amerika tarixində ilk dəfə siyasi
təşviqat çarxı çəkdilər, nəticədə seçki günü güclü respublikaçı
namizədi 20 faiz qabaqlaya bildilər. Sirr nə idi?: Qolduoterə qarşı
onun nüvə silahının tətbiq edilməsi haqda bəyanatından istifadə
olundu. Amerika o vaxt hələ Karib münaqişəsindən çəkilməmişdi.
Demokratların təşviqat çarxında da məhz nüvə göbələyinin fonunda
azyaşlı qızın fotosundan istifadə etdilər. Və beləliklə, rəqibin
bütün sosial proqramları haqda vədləri alt-üst oldu. Çünki
amerikalılar azyaşlı qızın təsirindən çıxa bilməmişdi.
"Əgər sizin arvadınızı zorlasaydılar..." – ata Buş necə
qalib gəldi?
Həmin vaxtdan etibarən fitnəkar plakatlar və çarxlar Amerikada
siyasi qarşıdurmanın vizit kartı oldu. Laki bu vasitə bəzən əks
effekt də verirdi. Misal üçün, 1988-ci ildə demokratların
prezidentliyə namizədi Maykl Dukakisla bağlı çəkilmiş təşviqat
videosunda məhbusların ölüm cəzasına qarşı çıxırdı. Aparıcı ona
sual verirdi: "Əgər sizin arvadınızı zorlasaydılar və
öldürsəydilər, siz ölüm cəzası tələb edərdiniz?". Maykl cavabında
bildirirdi: "Yox, mən, ümumiyyətlə, ölüm cəzalarına qarşıyam".
Bu, onun siyasi səhvi idi və bu səhvdən ata Corc Buşun
namizədliyini irəli sürmüş respublikaçılar yaxşı istifadə etdilər.
Dukakisin bu çıxışından bir gün öncə Amerikada zorlanmış və
öldürülmüş qadın haqda xəbər gündəm idi. Respublikaçılar bundan
istifadə edərək, seçiciləri inandırdılar ki, ölüm cəzasına qarşı
çıxan Dukakis bir gün öncə qadının zorlanaraq öldürülməsində
günahkardır. Respublikaçılar televiziyanın köməyi ilə rəqibin tank
üzərində fotosunu yayaraq, onu gülüş hədəfinə çevirdilər. Nəticədə,
ata Buş qalib gəldi.
Nə qədər söyüş söysən, bir o qədər az pul
xərcləyəcəksən
Lakin 2016-cı il seçkiqabağı kampaniyada ənənəvi platformalardan
istifadə olunmadı. Hillari Klintonun, yaxud Donald Trampın
televiziya çarxlarına nadir hallarda rast gəlmək olardı. "Kantar
Media" agentliyinin məlumatına görə, telekanalların seçkiqabağı
kampaniyadan əldə etdiyi gəlirlər 800 milyon dollar azalıb. İndi
telekanallar ilin əvvəlində proqnozlaşdırılan 4,4 milyard dollar
əvəzinə 3,6 milyard qazanacaqlar.
Bunun səbəblərindən biri müasir gənclərin filmlərə baxmağa üstünlük
verməsi və daha çox internetdən istifadə etməsidir. Lakin dörd
seçkiqabağı kampaniya görmüş "M&C Saatch" reklam agentliyinin
başçısı Mak Lennan Moran iddia edir ki, reklam gəlirlərinin aşağı
düşməsinin əsas səbəbi prezidentliyə namizədlərin tutduqları
yoldur.
"Hər iki namizəd əsasən populizmdən istifadə
edir", - deyə o bildirir.
Bu isə onların fikirlərinin auditoriyada daha çox dinlənilməsinə və
sosial şəbəkələrdə yayılmasına gətirib çıxarır. Hansı ki, sosial
şəbəkə istifadəçiləri onlardan tez-tez sitatlar gətirirlər.
Beləliklə, telekanallara pul xərcləmədən də öz kampaniyalarını qura
bilirlər.
Tramp bu həqiqəti Klintondan daha çox anladı və buna görə də
televiziya çarxlarına yalnız 78 milyon dollar xərclədi. Müqayisə
üçün deyək ki, Klinton bu işə 325 milyon dollar xərcləyib.
Respublikaçılar tez dərk etdilər ki, çirkin ifadələr, qalmaqallı
sözlər və davranışlar telekanalların sahiblərinə pul ödəmədən
yayıma düşməyə imkan verir. Trampın davranışları və bəyanatları onu
tez məşhurlaşdırdı və əsas xəbərlər sırasına düşdü. O, öz qəribə
rəngli saçları ilə komediyaçıların qəhrəmanına çevrildi. Ardınca
canlı yayımda seçkiləri ləğv etməyi və onu prezident təyin etməyi
təklif etməklə gündəmə çevrildi. Hər gün "Twitter"də onun adının
çəkildiyi yazılar peyda oldu. O, qadınları, qaradərililəri, Latın
Amerikasından olanları və veteranları təhqir etdi, Krımın Rusiyaya
birləşdirilməsini dəstəklədi, beləliklə, sensasiyalı fikirləri ilə
xəbər manşetlərindən düşmədi.
Trampın çıxışlarında rəqibi Klinton ayrı bənd üzrə qərarlaşmışdı:
O, rəqibini elektron yazışmalarının yayılmasında, xəstə olmaqda
günahlandırırdı. Opponenti buna reaksiya verməyəndə isə dərhal
qəribə ittihamlara əl atırdı. Misal üçün, iddia edirdi ki, Klinton
500 milyon miqrantı Amerikaya gətirəcək. Bütün bu qalmaqallı
fikirləri ilə Tramp sosial şəbəkələr və KİV-in gündəmindən düşmür.
Beləliklə, o, bir sent də xərcləmədən öz kampaniyasını aparır.
Tupakın, Snup Doq və Şuq Nayt – Hillarinin
stili
Hillari Klinton öz növbəsində rəqibini sevgi macəralarında, maliyyə
fırıldağında, ərli qadınlara meyl göstərməkdə ittiham edir.
Həmçinin, onun iddiasına görə, Tramp Putinin "agentidir".
Təşviqat kampaniyasına gəlincə, Hillari populyar şəxslərdən
istifadə edir. Misal üçün, o deyir ki, stilinə Tupakın, Snup Doq və
Şuq Naytın repləri təsir edib. Eminem onun üçün rep yazıb.
Nəticə etibarilə, hazırki seçki kampaniyasında qəzetlər,
telekanallar sosial şəbəkələrə məğlub olur. Əlbəttə, deyilə bilər
ki, televiziyanın yerini heç nə vermir. Amma artıq amerikalılar öz
seçimlərini ediblər: onlar xəbərləri daha çox sosial şəbəkələrdən
oxuyurlar.
Asif
-
Magazin106:16
"Bəzi valideynlərin özünə tərbiyə vermək lazımdır"
-
Kriminal04:14
“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış" - Ağcabədidə namus üstündə qətl
-
Magazin101:11
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - VİDEO
-
Hadisə00:45
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
-
Nəqliyyat00:15
Saray körpüsü nə vaxt istifadəyə veriləcək? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Şanslı anlar yaşaya bilərsiniz
-
Sosial4 Yanvar 23:48
Rəsmiyyə Əliyeva: "Hökumənin əlindən tutub təyyarəyə aparmışam" - VİDEO
-
Magazin24 Yanvar 23:12
Məşhur serial ulduzunun əri İNTİHAR ETDİ - FOTO