“Heç-heçə”, yoxsa CİA agenti? - ABŞ-da seçki SSENARİLƏRİ
Bizi izləyin

Nida Təhlil

“Heç-heçə”, yoxsa CİA agenti? - ABŞ-da seçki SSENARİLƏRİ

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp öz mitinqlərində tez-tez bildirir ki, ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq, öz prinsiplərini müdafiə etmək niyyətindədir.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp öz mitinqlərində tez-tez bildirir ki, ABŞ-dakı seçkilərin nəticəsindən asılı olmayaraq, öz prinsiplərini müdafiə etmək niyyətindədir. Seçkilərdə isə "qələbə, məğlubiyyət və heç-heçə" nəticəsi alına bilər.

Publika.az xəbər verir ki, ABŞ-dakı seçki sisteminə görə, namizədlərin prezident yarışında "heç-heçə"si mümkündür.

Tim Keyn və ya Mayk Pens: ABŞ-ın yeni prezidenti

Bu halda, namizədlərin mübahisəsinə Konqresdə son qoyulacaq. Ehtimallara görə, Tramp Nümayəndələr Palatasında səsverməni udacaq. Amma sonrakı sürprizləri də istisna etmək olmaz. Məsələn, Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) keçmiş agenti kimi Evan Makmalinin üçüncü partiyadan namizəd seçilməsi kimi. Başqa ekzotik ssenarini də - ən azından həlledici ştatlarda səslərin təkrar sayılmasını istisna etmək olmaz. Hər iki ssenari mümkündür. Məsələn, səslərin yenidən sayılması 2000-ci ildə keçirilən seçkilərdə olub.

ABŞ seçki qanunlarına görə, fedaral dövlətin subyektlərində olan seçicilər öz seçici kollegiyasında təmsil olunan nümayəndələrinə səs verirlər. Bu proses başa çatdıqdan sonra Nümayəndələr Palatasında yenidən səsvermə keçirilir. 538 üzvü olan Nümayəndələr Palatasının 270-inin səsini alan namizəd prezident seçilmiş olur. Amma seçicilərin sayı cüt olduğu üçün "heç-heçə" mümkündür: 269:269.

Bu halda Nümayəndələr Palatasında Seçicilər Kollegiyası yenidən yaradılır və hər ştatdan bir səs alır. Əgər burada da "heç-heçə" qeydə alınarsa (axı ştatlar sayı əllidir –red.), iş Senata keçir. Senatda isə "heç-heçə" mümkün deyil. Burada 100 senatora ölkənin vitse-prezidentinin səsi də əlavə edilir. Bu halda senatorlar əsas namizədlərə deyil, vitse-prezidentliyə namizədlərə səs verirlər. Beləliklə, Seçicilər Kollegiyası və Nümayəndələr Palatasında "heç-heçə" olacağı halda, prezident Hillari Klinton və ya Donald Tramp deyil, Tim Keyn və ya Mayk Pens olacaq.

Statistik proqnozlar üzrə nüfuzlu sayt olan "FiveThirtyEight"in keçirdiyi sorğuya görə, seçicilərin 1,1 faizi Seçicilər Kollegiyasında "dalan" ehtimalını qiymətləndirir. Ehtimal az olsa da, amma tamamilə istisna edilmir. İndiki seçkiqabağı xəritə bu cür ssenariyə imkan verir. Tramp ən əhəmiyyətli ştatlar sayılan - Ohayo, Şimali Karolina, Florida və Viskonsində, Klinton isə Pensilvaniya, Virciniya və Nevadada öndədir.

Səslərin təkrar sayılması

ABŞ-da seçkilərdə daha bir ssenari səslərin təkrar sayılmasıdır. Belə bir hadisə 2000-ci ildə baş verib. Demokrat Albert Qor 51 milyon (48,38 faiz) səs alaraq kiçik Çorc Buşa (50,5 milyon səs - 47,87 faiz) qalib gəlib. Əgər seçkilər düz olsaydı, Albert Qor prezident olardı. Amma hər şey "mübahisəli" ştatda – Floridada həll edildi.

Floridada səslər bir neçə həftə sayıldı. Nəticədə, məsələ ABŞ Ali Məhkəməsinə (həmin vaxt hakimlərin əksəriyyəti respublikaçılar tərəfindən təyin edilmişdi) gedib çıxıb. Ali Məhkəmə səslərin təkrar sayılması barədə qərar çıxarıb və Buşu 48,85 faiz (0,1 faiz üztünlüklə) səslə qalib elan edib. Nəticədə, Albertin 560 min səs öndə olmasına baxmayaraq, 50 ştatın 538 nümayəndəsinin təmsil olunduğu Nümayəndələr Palatasında 271 nümayəndənin səsini alan Buş Ağ Evə köçdü.

1876-cı ildə "xalq səsverməsində" qalib gələn Semuel Tilden 184, onun rəqibi Raterford Heys isə 165 səs alıb. "Mübahisəli" ştatlarda daha 20 seçici qalırdı. Güzəşt olaraq "mübahisəli" ştatların səsi Heysə keçdi. Amma onun təmsil olunduğu Respublikaçılar Partiyası federal qoşunları cənub ştatlarından çıxarmağa razılaşdı.

CİA-nın sabiq agenti necə prezident ola bilər?

Tarixi nümunələr göstərir ki, seçicilərin sayı üzrə lider mütləq prezident olmur. İki partiyanın hökmranlığına baxmayaraq, ABŞ-da seçkilər çoxpartiyalıdır. Bu o, deməkdir ki, nəzəri olaraq üçüncü partiyanın namizədi Nümayəndələr Palatasında uda bilər.

CİA-nın 40 yaşlı sabiq agenti olan Evan Makmallinin şansları yüksək qiymətləndirilir. Makmallin yalnız Yuta ştatında respublikaçıların namizədidir. Buranın əhalisi əsasən Mormon dini cərəyanının davamçılarıdır. Makmallin də mormondur və Yutanın seçiciləri Trampa deyil, ona rəğbət bəsləyirlər. Sorğular göstərir ki, Yutada Makmallinin şansları Trampdan yüksəkdir. Ehtimal edilir ki, Makmallin Trampı seçicilərin 6 əhəmiyyətli səsindən məhrum edəcək. Bu halda ehtimallar yüksəkdir ki, heç bir namizəd seçicilərin tələb olunan 270 səsini toplaya bilməsin. Nəticədə, qərar vermək hüququ Nümayəndələr Palatasında olacaq.

Respublikaçılar Partiyasının elitasının Trampla münasibətləri çox pisdir. Prezidentin Konqres tərəfindən seçilməsi zamanı, "qiyam"ı istisna etmək olmaz. Elmi nöqteyi-nəzərdən demək olar ki, Makmallin Klinton və Trampdan sonra prezidentliyə üçüncü ən ehtimal edilən namizəddir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm