Nida Təhlil
Azərbaycanla İsrail Qarabağı qaytarmağa hazırlaşır – ERMƏNİ SSENARİSİ
“Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı
qaytarmağa hazırlaşır”.
Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist
Tavos Artakyan yazıb.
Erməni jurnalist İsrail Baş naziri Benyamin Netanyahunun Bakı
səfərinə diqqət çəkərək, Azərbaycanın hər keçən gün gücləndiyini,
Ermənistanın isə başının şəxsi problemlərə qarışdığını qeyd
edib.
“Serj Sarkisyan hakimiyyətini uzatmaq üçün parlament seçkilərinə
hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər maraqlı deyil.
Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım atmır.
Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə hərəkətə
keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının məhz bu
istəyinin reallaşmasına təkan verə bilər. Hansı ki, biz İsraildən
alınan silahların dadını aprel müharibəsində gördük. Lakin Bakı
bununla kifayətlənmir və 5 milyard dollarlıq silah müqaviləsi
bağladığını açıq şəkildə dilə gətirir”, - deyə erməni jurnalist
yazıb.
Tavos Artakyan Sarkisyanı sərt tənqid edərək yazır:
“Azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə
keçib, Sarkisyanın isə “bığı belə tərpənmir”.
O, erməni lobbisini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa
təzyiq etməyə çağırır: “Tramp İranla nüvə proqramını ləğv
etməməlidir. Bunun üçün erməni lobbisi ona təzyiq etməlidir. Çünki
İran hazırda Ermənistanın yeganə ümid yeridir. Ona qarşı
sanksiyaların tətbiq olunması Ermənistan üçün də ağır nəticələrə
səbəb ola bilər”.
Asif
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı



































