Nida Təhlil
“Aprel müharibəsi”nin YENİ SİRRİ, 48 saat təxirə salınan DÖYÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
2016-cı il “aprel müharibəsi”nin yeni sirri ortaya çıxıb. Türkiyə PYD/YPG-nin əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir. Ərəb ölkələri Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər. ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı müzakirə edəcəyi mövzular məlum olub. Ukraynada daha bir səs-küylü terror aktı törədilib.
Ötən il Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qismini azad etməsi ilə nəticələnən “aprel müharibəsi”nin yeni sirri ortaya çıxıb. Ermənistan mediası “aprel müharibəsi”ndə hücumun İrəvan tərəfindən edildiyini dolayısı ilə təsdiqləyib. Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş. Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Azərbaycanın Rusiyadan yeni silah partiyasını alması Ermənistanda cəmiyyətin İrəvan rejiminə qarşı etirazlarına səbəb olub. Ermənilər prezident Serj Sarkisyanı susmaqda ittiham edirlər.
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyanın Azərbaycana silah satmasını təhlükəli adlandırdı, xarici işlər nazirinin müavini Savarş Koçaryan isə Rusiyaya ümid etməyin mənasız olduğu kimi ritorik bəyanatlar verdi. Lakin bu açıqlamalar erməniləri qane etmir. Onlar Serj Sarkisyanın sərt reaksiya verməsini tələb edirlər.
“Armenianreport” saytı yazır ki, Serj Sarkisyan Putinə hər hansı reaksiya verməkdən qorxur: “Lakin bu qorxu sadəcə hakimiyyəti itirməklə yekunlaşmır. Prezident Sarkisyan da daxil olmaqla bütövlükdə hakimiyyətimiz fiziki məhv olmadan qorxurlar. Lakin onları xalq məhv etməyəcək. Onlar qorxurlar ki, ölüm hökmü Kremldə çıxarılacaq”.
Qeyd edək ki, iyunun 24-də Rusiyadan Bakıya 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında xüsusilə “Tank qatili” adlanan “Xrizantema-S” hərbi texnikası Ermənistanda ciddi qorxulara səbəb olub.
Türkiyənin əsasən Azərbaycan əsilli türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fəaliyyət göstərdiyinə dair məlumatlar ortaya çıxıb. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bu məsələ ilə bağlı maraqlı faktlar açıqlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.) əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir. Türkiyə mediası genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin qaldığını açıqlayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ hazırda hərbi, siyasi və kəşfiyyat gücündən istifadə edərək, sərhədlərimizdə yeni bir dövlət yaratmağa çalışır. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib.
“Rəsmi Vaşinqton bununla yanaşı Türkiyəni təhdid etməkdən çəkinmir”, - o bildirib.
Rusiyanın Suriyada məxfi fəaliyyət göstərən “Vaqner qrupu” adlı hərbi şirkətinin döyüşçüləri əsirlərə amansız işgəncələr verirlər. Bu haqda naməlum kişinin döyülməsinin videosunu təhlil edən “Conflict Intelligence Team qrupu” yazıb.
Videoçarxa görə rusdilli silahlı insanlar bir nəfəri “İŞİD üzvü” adlandıraraq çəkiclə döyürlər. Kadra həmçinin işgəncəyə məruz qalan başqa bir kişi düşüb.
“Bu video təhlil edərək belə nəticəyə gəldik ki, “Vaqner qrupu”nun döyüşçüləri Suriyanın şərqində səhrada hərəkət edirlər. “Vaqner qrupu” hazırda Palmirada - qaz və fosfat yataqlarının olduğu ərazidədir”, - xəbərdə deyilir.
Qeyd edək ki, “Vaqner qrupu” rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə də hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkündür. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər. Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib. On gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.
Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qətər ətrafında vəziyyət xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayıb. Qətərin müdafiə naziri Xalid əl-Attiya “Sky News” kanalına müsahibəsində ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu deyib.
“Ümid edirik ki, hadisələr hərbi müdaxilə mərhələsinə gəlməyəcək. Ancaq biz hər zaman ölkəmizi müdafiə etməyə hazırıq. Qətər tarix boyu asan udulan loxma olmadığını göstərib”, - o bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı əsasən Suriya və Ukraynadakı vəziyyətin müzakirəsinə diqqət ayırmağı planlaşdırır. Bu haqda Ağ Ev administrasiyasının anonim mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiyanın ABŞ-dakı seçkilərə “müdaxiləsi” çətin ki, liderlərin görüşündə qaldırılacaq.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster dövlət başçılarının 7-8 iyul tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 (“Böyük iyirmilik”) sammitinin gedişatında, Putinlə görüşəcəyini açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin sabiq başçısı Anatoli Qritsenko Rusiya ərazisində avtomobilləri partlatmağa çağırıb. O, bu haqda “112 Ukrayna” telekanalın efirində bildirb.
Sabiq nazirin sözlərinə görə, bu, Kiyev və Mariupolda avtomobillərin partladılmasına cavab olmalıdır.
“Bu, müharibədirsə, deməli, Kiyev və ya Mariupolda partladılmış hər avtomobilin əvəzində Moskva və ya Taqanroqda iki avtomobil partladılmalıdır”, - Qritsenko söyləyib.
Qeyd edək ki, son günlər Ukrayna səs-küylü sui-qəsdlər həyata keçirilir. Sui-qəsdlər zamanı eyni üsuldan istifadə olunur, yəni, avtobillər partladılır. İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladılıb. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirilib.
Bu gün isə Ukraynanın Odessa şəhərində keçmiş deputata məxsus “Toyota Camry” avtomobili partladılıb. Hadisə yerində işləyən operativ qrup avtomobilin plastik korpusda yerləşdirilən və radioqəbuledici ilə idarə olunan əldəqayırma partlayıcı qurğu ilə partladıldığını müəyyənləşdirib.
ABŞ-ın “Atlantic Council” nəşrinə müsahibəsində müdafiə və təhlükəsizlik məsələləri üzrə Kanada eksperti İqor Kozak Ukraynada vəziyyətin çox kritik hal almağa başladığını deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














