Bir neçə saata QƏLƏBƏ, Azərbaycanın iki CAVAB VARİANTI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bir neçə saata QƏLƏBƏ, Azərbaycanın iki CAVAB VARİANTI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bir neçə saata QƏLƏBƏ, Azərbaycanın iki CAVAB VARİANTI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Ermənistan silahlı qüvvələri tərəfindən iyunun 4-ü gecə saatlarında Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin irəli sürdüyü 13 maddəlik tələblər siyahısına cavab verib. Həftə ərzində dünyanın diqqəti yenidən Koreya yarımadasına çevrildi. Vaşinqton Pxenyanı növbəti dəfə hərbi müdaxilə ilə hədələyib. Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutan hesabatı qəbul edib. İyunun 7-də Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlanıb. Sammitdə əsas diqqət Rusiya və ABŞ prezidentlərinin görüşünə yönəlmişdi. İsveçrədə iyunun 28-də başlanan 10 günlük Kipr Konfransı nəticəsiz başa çatıb.

Azərbaycan, Dağlıq Qarabağ

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 4-də gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, daha 4 nəfəri yaralanıb. Bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb.

İyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Ermənistan tərəfi rəsmi olaraq itkilərini təsdiqləyib. Məlumata görə, erməni hərbi birləşmələrinin hərbiçiləri 1969-cu il təvəllüdlü Robert Qasparyan, 1997-ci il təvəllüdlü Ambartsum Arutunyan və 1998-ci il təvəllüdlü Vahe Badalyan məhv edilib. Ermənistan digər itkilərini gizlədib.

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inam və əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib. Toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə ağır silahlarla divan tutması bu dövlətin həmişəki siyasətidir və bu, birbaşa Ermənistanın Ali Baş Komandanının tapşırığı ilə yerinə yetirilib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, - deyə H. Hacıyev vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırıb. “ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə o qeyd edib.

Erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyeva və iki yaşlı Zəhra Quliyeva həlak oldu. Rusiyalı jurnalist Mixael Belyayev Azərbaycan Ordusunun cavabının ağır olacağını hesab edir və o, bunu “aprel müharibəsi” təcrübəsinə əsaslanaraq söylədiyini vurğulayır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndində mülki azərbaycanlılara hücumundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın “Twitter”də yazdıqları diqqət çəkdi. T.Balayan “Qarabağda eskalasiyanın davam etməməsi və itkilərin olmaması üçün Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi lazımdır”, - deyə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ötən il Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qismini azad etməsi ilə nəticələnən “aprel müharibəsi”nin yeni sirri ortaya çıxıb. Ermənistan mediası “aprel müharibəsi”ndə hücumun İrəvan tərəfindən edildiyini dolayısı ilə təsdiqləyib. Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş. Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın Rusiyadan yeni silah partiyasını alması Ermənistanda cəmiyyətin İrəvan rejiminə qarşı etirazlarına səbəb olub. Ermənilər prezident Serj Sarkisyanı susmaqda ittiham edirlər.

“Armenianreport” saytı yazır ki, Serj Sarkisyan Putinə hər hansı reaksiya verməkdən qorxur: “Lakin bu qorxu sadəcə hakimiyyəti itirməklə yekunlaşmır. Prezident Sarkisyan da daxil olmaqla bütövlükdə hakimiyyətimiz fiziki məhv olmadan qorxurlar. Lakin onları xalq məhv etməyəcək. Onlar qorxurlar ki, ölüm hökmü Kremldə çıxarılacaq”.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Bakıya 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında xüsusilə “Tank qatili” adlanan “Xrizantema-S” hərbi texnikası Ermənistanda ciddi qorxulara səbəb olub.

Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki Ukraynadan sonra hədəf Qafqazdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda yazıb.

Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz azaltdığına diqqət çəkən mərkəz qeyd edir ki, “görünür, Rusiya diqqətini əsas hədəflərə yönəldəcək”.

“Münaqişənin mərkəzi Qafqaza – Gürcüstana, Azərbaycana və Ermənistana daşına bilər. Məhz Qafqaz Qərb və Rusiyanın beynəlxalq səviyyədə hərbi-siyasi qarşıdurmasının yeni nöqtəsi ola bilər”, - deyə məqalədə bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Avropa Parlamenti iyunun 6-da Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutan hesabatı qəbul edib. 477 deputatın dəstəklədiyi hesabat Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri tərəfindən hazırlanıb.

Ankaranın qərara reaksiyası gecikməyib. Avropa İttifaqı naziri Ömər Çelik bildirib ki, Türkiyə bu hesabatı əsla qəbul etməyəcək: “Təəssüf ki, bu qərar obyektiv deyil, siyasi xarakter daşıyır. Bu sadəcə Aİ Komissiyasının yayımladığı hesabatın Avropa Parlamenti tərəfindən dəyərləndirilməsidir.”

Türkiyənin Adana vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatın gedişatında tutulan 7 kamikadzenin dəhşətli planı ortaya çıxıb. Terrorçular ölkədə fərqli dini qruplara hücuma hazırlaşırdılar.

Kamikadzelərin M.Ö. adlı terrorçunun təlimatı əsasında hücumlara hazırlaşdığı müəyyən edilib. Onlar polisə verdiyi ilk ifadələrində ölkənin müxtəlif vilayətlərində fərqli dini qruplar və camaatlara hücumu planlaşdırdığını etiraf ediblər.

Türkiyə PYD/YPG-nin (PKK-nın Suriya qolu - red.) əlindəki Afrin kantonuna toplarla zərbələr endirməkdə davam edir. Türkiyə mediası genişmiqyaslı hücum planını başlamasına sayılı günlərin qaldığını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Rusiyanın “Svobodnaya pressa” nəşri İstanbulun Tarabya sarayında bağlı qapılar arxasında baş tutan görüşü qiymətləndirib.

Nəşr qeyd edir ki, Moskva PYD terror təşkilatının ABŞ-a yaxınlaşmasından sonra təşkilatın nəzarətində olan Suriyanın Afrin bölgəsindən uzaqlaşmağa qərar verib. Bu baxımdan, Türkiyənin Afrində həyata keçirəcəyi əməliyyata Rusiyanın da dəstək verəcəyi bildirilir.

Rusiya PYD terror təşkilatına (PKK terror təşkilatının Suriya qolu - red.) “Afrini dərhal tərk edin!” şəklində ultimatum verib. Bu haqda “Haber7” saytının yazarı Taha Dağlı bildirib.

Ultimatumun Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyunun 2-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verildiyi deyilir. Taha Dağlının sözlərinə görə, Moskva PYD-dən Afrini tərk etməyi tələb edib, əks halda Türkiyənin Afrinə müdaxiləsinə səssiz qalacağını bildirib.

Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib. Muxtariyyətə aid telekanalın müstəqillik referendumu ilə əlaqədar aparılan kampaniya çərçivəsində təqdim etdiyi xəritə qalmaqal yaradıb. Xəritədə Türkiyənin cənub-şərqi vilayətləri də yer alıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın vaxtlarda Türkiyəyə qarşı bir xaos planının tətbiqı planlaşdırılır. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “Ədalət yürüşü” ilə başlanan proses addım-addım irəliləyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsveçrədə iyunun 28-də başlanan 10 günlük Kipr Konfransı nəticəsiz başa çatıb. Bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu danışıqların nəticələrinə görə keçirilən mətbuat konfransında deyib.

İyulun 4-də Qazaxıstanın paytaxtı Astanada Suriyada atəşkəs rejiminin zaminləri olan Rusiya, Türkiyə və İranın nümayəndələrinin yer aldığı işçi qrupunun iclası keçirlib. İclasın əsas mövzusu təhlükəsiz zonalarının sərhədlərinin uyğunlaşdırılması idi. İclasın gündəliyində həmçinin tarixi-mədəni obyektlərin minalardan təmizlənməsi və milli barışıq üzrə komitənin yaradılması mövzuları olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qazaxıstanın paytaxtı Astanada beşinci dəfə keçirilən Suriya toplantısında ABŞ-dan kritik həmlə gəlib. ABŞ Suriyada təhlükəsiz bölgələrin yaradılması ilə bağlı öz planını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin irəli sürdüyü 13 maddəlik tələblər siyahısına cavab verib. Cavab böhranın həllində vasitəçi olan Küveyt vasitəsilə Səudiyyə Ərəbistanına çatdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətər ətrafında vəziyyət xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayıb. Qətərin müdafiə naziri Xalid əl-Attiya “Sky News” kanalına müsahibəsində ölkəsinin özünü müdafiə etməyə hazır olduğunu deyib.

“Ümid edirik ki, hadisələr hərbi müdaxilə mərhələsinə gəlməyəcək. Ancaq biz hər zaman ölkəmizi müdafiə etməyə hazırıq. Qətər tarix boyu asan udulan loxma olmadığını göstərib”, - o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Neft müharibələrindən başı ayılmayan Yaxın Şərqdə su müharibələri başlayır. İran iki gün öncə öz torpaqlarından başlayaraq, Şimali İraqa, oradan isə İraqa axan Kiçik Zap çayı üzərindəki Silve, Visk və Kolse baryerlərinin qarşısını kəsib. İran rəsmiləri quraqlığı səbəb göstərərək, baryerləri ən azı 60 gün ərzində bağlı tutacaqlarını açıqlayıb.

Şimali İraq Kürd Muxtariyyəti isə İranın yolunu gedərək, Bağdada gedən suyun yolunu kəsib. Su problemi ilə üzləşən Bağdad hakimiyyəti narahatdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bəyan edib.

“Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, deyə S.Lavrov bildirib.

Aylardır Mosulda İraq ordusunun birliklərinə müqavimət göstərən İŞİD-in terror təşkilatının şəhərdən təmizlənməsinə saatlar qaldı. İraqın dövlət televiziyası qısa müddətdə qələbənin elan ediləcəyini bildirib.

Rusiya-Qərb münasibətləri

Dünən Almaniyanın Hamburq şəhərində G20-yə (“Böyük iyirmilik”) üzv ölkələrin sammiti başlandı. Sammitin kifayət qədər gərgin müzakirələr üçün meydança olacağı dəqiqdir. Problemlərin sayı artıb və onların coğrafiyası Suriya və Ukraynadan Koreya Xalq Demokratik Respublikasına (KXDR) qədər genişlənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sammitdə əsas diqqət ABŞ və Rusiya prezidentlərinin görüşünə yönəlmişdi. Danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Mətbuata qapalı şəraitdə baş tutan görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.

Putin görüşdən sonra bildirib ki, amerikalı həmkarı ilə Suriyadakı vəziyyət, Ukrayna münaqişəsi, həmçinin kibercinayətkarlıqla mübarizə məsələlərini müzakirə edib.

"Mənim Birləşmiş Ştatlar prezidenti ilə olduqca uzun görüşüm oldu. Bir çox məsələlər yığılıb qalmışdı. Burada Ukrayna, Suriya və digər problemlər, bir sıra ikitərəfli məsələlər var idi", - deyə Rusiya prezidenti bildirib.

O əlavə edib ki, Trampla, həmçinin kibertəhlükəsizlik və terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.

Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb. Bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.

“Patriot” sistemləri ən yeni IBCS atəş sistemi ilə təchiz ediləcək. Polşa 8 “Patriot” batareyasının alınmasına təxminən 7,5 milyard dollar xərcləməyi nəzərdə tutur.

Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti və Moskvanın əsas müttəfiqi, həmçinin “Putinin NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) üzvüdür. “Patriot”ların Polşaya çatdırılması həm də NATO-nun şərq cinahının gücləndirilməsi planı çərçivəsində qiymətləndirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Şərqi Avropada destabilizasiya yaradır. Bunu Varşava səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp söyləyib.

“ABŞ burada Rusiyanın qeyri-stabillik yaradan fəaliyyətlərinə cavab verir”, - deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb. Tramp bu haqda Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə çıxışında deyib. ABŞ prezidenti həmçinin Rusiyanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.

Ukrayna

Ukrayna Müdafiə Nazirliyinin sabiq başçısı Anatoli Qritsenko Rusiya ərazisində avtomobilləri partlatmağa çağırıb. O, bu haqda “112 Ukrayna” telekanalın efirində bildirb.

Sabiq nazirin sözlərinə görə, bu, Kiyev və Mariupolda avtomobillərin partladılmasına cavab olmalıdır.

“Bu, müharibədirsə, deməli, Kiyev və ya Mariupolda partladılmış hər avtomobilin əvəzində Moskva və ya Taqanroqda iki avtomobil partladılmalıdır”, - Qritsenko söyləyib.

Qeyd edək ki, son günlər Ukrayna səs-küylü sui-qəsdlər həyata keçirilir. Sui-qəsdlər zamanı eyni üsuldan istifadə olunur, yəni, avtobillər partladılır. İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladılıb. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirilib.

İyulun 3-də isə Ukraynanın Odessa şəhərində keçmiş deputata məxsus “Toyota Camry” avtomobili partladılıb. Hadisə yerində işləyən operativ qrup avtomobilin plastik korpusda yerləşdirilən və radioqəbuledici ilə idarə olunan əldəqayırma partlayıcı qurğu ilə partladıldığını müəyyənləşdirib.

ABŞ-ın “Atlantic Council” nəşrinə müsahibəsində müdafiə və təhlükəsizlik məsələləri üzrə Kanada eksperti İqor Kozak Ukraynada vəziyyətin çox kritik hal almağa başladığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ukrayna ilə sərhədə, Donbas və Krım istiqamətində 60 min əsgər cəmləyib. Bu barədə Ukrayna Müdafiə nazirinin müavini İvan Rusnak məlumat verib. Rusnak sərhədə toplanan Rusiya hərbi qüvvələrinin “Toçka” taktiki raket sistemləri, zirehli hərbi maşınlar, top sistemləri ilə təchiz edildiyini açıqlayıb.

Separatçılar, həmçinin Rusiya qoşunları Ukraynanın şərqində işğal edilmiş ərazilərdə, xüsusi halda Donetskdə təxliyyə üzrə təlimlər keçirirlər. Bu haqda “5 kanal”ın efirində Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə nümayəndəsi Andrey Lısenko bildirdi.

“Donetskdə döyüşçülərin komanda heyəti avtobuslarla təxliyyə üzrə təlimlər keçirirlər. Artıq separatçıların başçıları, həmçinin rusların ailələrinin təxliyyəsi üzrə marşrutlar hazırlanıb”, - o deyib.

Lısenko vurğulayıb ki, beləliklə, döyüşçülər Donbasdan tezliklər qaçacaqlar və işğal edilmiş ərazilər Ukrayna ordusunun müdaxiləsi olmadan azad ediləcək.

“Ümid edirəm ki, Krım Ukraynanın tərkibinə qayıdacaq. Ancaq qəti qərarı krımlılar verməlidir”. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Moskvada keçirdiyi mətbuat konfransında deyib.

“Mən istəyərdim ki, Krım Ukraynanın tərkibinə qayıtsın, amma bu, Krım sakinlərindən asılı olacaq. Bu, onların qərarı idi, onlar özünü və ailələrini müdafiə edirdilər. Mən 23 fevral 2014-cü ildə Krım sakinlərinin qətiyyətini gördüm. Onlar “Maydan”ın Krıma gələcəyindən qorxurdular”, - sabiq prezidenti vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

“Koreya Xalq Demokratik Respublikası tərəfindən birinci qitələrarası ballistik raketin işə salınması deməyə əsas verir ki, Pxenyan ABŞ-a nüvə döyüş sursatları ilə zərbə üçün texnologiyalara malikdir”. Bunu Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Vladimir Batyük deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Biz Şimali Koreyanın son raket sınaqları ilə əlaqədar Pxenyana qarşı yeni sərt tədbirlər görəcəyik”. Bu barədə bəyanatı ABŞ Dövlət katibi Reks Tillerson yayıb. O, ABŞ-ın bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxaracağını bildirib. Tillerson bəyanatında Pxenyanı “qlobal təhdid” adlandırıb.

“Koreya Xalq Demokratik Respublikası ətrafında eskalasiya potensial olaraq vəziyyətin faciəli inkişafına gətirib çıxara bilər”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov deyib.

O qeyd edib ki, Koreya böhranının həlli üzrə Rusiyanın irəli sürdüyü təkliflərin mahiyyəti çoxtərəfli dialoqun davam etdirilməsinə əsaslanır.

“Pxenyan tərəfindən həyata keçirilən yeni raket sınağı növbəti xatırlatmadır ki, vəziyyətin qarşısıalınmaz istiqamətdə inkişaf etməməsi üçün sadəcə başqa variantlar mövcud deyil”, - rusiyalı diplomat bildirib.

Kremldə görüşən Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreya böhranının həlli üçün hərəkətə keçmək qərarına gəliblər. Dövlət başçıları Şimali Koreyanın raket proqramı və ABŞ ilə Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərin eyni vaxtda dayandırılmalı olduğunu bildiriblər.

Liderlər həmçinin qeyd ediblər ki, ABŞ-ın Cənubi Koreyada qurduğu THAAD hava hücumundan müdafiə sistemləri fəaliyyətini dərhal dayandırmalıdır.

Şimali Koreya 2017-ci ildə ABŞ-a raket zərbəsi vurmağı planlaşdırır. Koreya Xalq Demokratik Respublikası iyunun 4-də qitələrarası ballistik raketin (MBR) sınağını həyata keçirib. “Xvason-14” raketi nüvə döyüş başlığını daşımağa qadirdir. KXDR-in lideri Kim Çen In bildirib ki, yaxın vaxtlarda hazırlanmış MBR-in müvəffəqiyyətli sınağı atom və hidrogen bombalarının yer aldığı strateji silahların imkanlarını artırıb.

O, həmçinin Şimali Koreyanın niyyətini təsdiq edib, bu il ABŞ-ın materik hissəsini vura bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya lideri Kim Çen In ölkəsinin silah proqramlarının müzakirəsi üçün heç vaxt danışıqlar masasına oturmayacağını deyib. O, jurnalistlərə açıqlamasında Şimali Koreya hökumətinin ABŞ-la mübarizədə qətiyyətli olduğunu bildirib.

Kim Çen In vurğulayıb ki, Şimali Koreya dünyada hər yeri vura biləcək nüvə dövləti olmaq üçün son addımlarını atır.

ABŞ Şimali Koreyaya təzyiq məqsədi ilə bütün imkanlardan, o cümlədən hərbi gücdən istifadə etməyə hazırdır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bəyan edib.

“ABŞ özünü və müttəfiqlərini müdafiə etmək üçün bütün imkanlara əl atmağa hazırdır. Lüzum olsa, bu məqsədlə ordudan istifadə edəcəyik. Ümumilikdə hərbi istiqamətə üstünlük verməsək belə”, deyə N.Heyli bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm