Nida Təhlil
Ordumuz 3 postu, bir neçə kəndi azad etdi və... - “Rosbalt” döyüşün TƏFƏRRÜATLARINI YAYDI
Bir müddət öncə Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində
işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji
yüksəklikləri azad etməsi haqqında məlumatlar yayıldı. Bu xəbər
rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə azad edilmiş
hündürlüklərin fotosunun yayılması ehtimalları artırdı. Xüsusilə bu
fotoların Ermənistan mediası tərəfindən yayılması diqqət çəkdi.
Publika.az xəbər verir ki, Rusiyanın “Rosbalt” agentliyi
Naxçıvan cəbhəsində baş verənləri və Qarabağ münaqişəsi ətrafında
cərəyan edən prosesləri araşdırıb.
Agentlik yazır ki, Bakı və İrəvan bu haqda sussa da, yayılan
fotolar həqiqətən də Azərbaycan Ordusunun 3 strateji hündürlüyü
azad etdiyini deməyə əsas verir.
“Bu hündürlüklərin alınması Azərbaycan tərəfinin bir neçə kəndə də
nəzarəti ələ alması deməkdir”, - deyə agentlik qeyd edir.

Erməni hərbi ekspert Arkadi Qriqoryanın məlumatına görə, Azərbaycan
Ordusu doğrudan da bir neçə strateji hündürlüyü alıb. Qriqoryan
təbii olaraq iddia edir ki, bu hündürlüklərin alınması Naxçıvan
cəbhəsində güc balansını dəyişdirmir.
Lakin bu sakitləşdirici ritorikaya ermənilər inanırmı?
Agentlik qeyd edir ki, 2016-cı ildə “aprel müharibəsi” zamanı
Azərbaycan Ordusu böyük bir ərazini azad edərkən, Ermənistanda
çoxları bunu Sarkisyana bağışlamadı. İndi onlar yeni lider Nikol
Paşinyana bunu bağışlayacaqlarmı?
“Rosbalt” Azərbaycanın yeni taktikaya keçdiyini və addım-addım
irəlilədiyini yazır.
“Münaqişə zonasında baş verənlər deməyə əsas verir ki, Azərbaycan
ərazilərin azad edilməsi ilə bağlı yeni strateji taktikaya keçir.
Hökumətini əsasən rusofoblar və “Sorosun oğlanları” (onların
bəziləri hətta Rusiyanın ünvanına ədəbsiz fikirləri ilə yadda
qalıb) ilə dolduran Ermənistanın yeni baş naziri Nikol Paşinyan
Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini və tanınmamış
“DQR”-in də iştirakını tələb edir. Bakı qəti şəkildə buna razı
deyil və Paşinyanın istəyi danışıqlar prosesinin davamına güclü
şəkildə ziyan vurur. Bütün bunların fonunda Qarabağda inqilab
vəziyyəti yetişir. Düzdür, aksiya Paşinyanın çağırışı ilə dayandı,
lakin bu prosesdə İrəvandakı inqilabın təzahürləri aydın görünür və
qərbyönümlü Paşinyanın rolu var. Moskva ehtimal ki, artıq
Ermənistanın Nazirlər Kabinetinin tərkibi haqqında dəqiq təsəvvürə
malikdir. Və çətin ki, Paşinyan Rusiyanı “qərbyönümlü” olmadığına
inandıra biləcək. Erməni hökumətində “Sorosun qulaqları”
yerləşdirilir. Belə olan halda Moskva Paşinyana, yoxsa Əliyevə
etibar edəcək? İndiki situasiyada “top” Azərbaycanın
“sahəsində”dir. Belə olan halda ermənilərin yeganə yolu Bakı və
Moskvanın “arasını vurmaqdır”. Rusiyada bəzi analitiklərin
çıxışları təsadüfi deyil və bunlar anlamağa imkan verir ki, Rusiya
Xarici İşlər Nazirliyində güclü erməni lobbisi mövcuddur. Bu arada,
Azərbaycan KİV-i Rusiya XİN-ni ermənilərə işləməkdə ittiham edir,
ermənilər də Lavrovun və Rusiya Müdafiə Nazirliyinin Bakının
maraqlarına xidmət etdiyini iddia edir. Lakin niyə belə sual
yaranmır ki, “Qarabağ postsovet məkanında ABŞ-dan birbaşa maliyyə
yardımı alan yeganə tanınmamış respublikadır?”. Bir sözlə, kimin
kimi dəstəklədiyini demək çətindir”, - agentlik yazır.

Məqalədə iyunun 7-də Moskvada Sergey Lavrovla Ermənistan xarici
işlər naziri Zoqrab Mnasakanyanın görüşünə diqqət çəkilir və qeyd
olunur ki, “tərəflər Qarabağ problemini və Xankəndindəki son
hadisələri müzakirə edəcəklər və böyük ehtimalla danışıqların
təfərrüatları ictimaiyyətə açıqlanmayacaq”.
“Bakı əvvəlcədən substantiv danışıqların keçirilməsinə hazır
olduğunu bəyan etdi. Azərbaycan XİN-nin sözçüsü bildirdi ki, erməni
hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması və
məcburi köçkünlərin evlərinə qayıdışı təmin edilməlidir. İrəvan
buna razı olmur, buna görə də sövdələşməyə gedəcək. Lakin hansı
“kozırlarla”? Güman ki, İrəvanın “kozır”ı “DQR”-in danışıqlarda
iştirak etməməsi bəhanəsi olacaq. Digər tərəfdən, İrəvan Qarabağın
müstəqilliyini tanıyacağını irəli sürəcək. Lakin buna getməyə
çəkinəcək, çünki bu, Azərbaycanla müharibənin başlanması deməkdir.
Paşinyanın sələfi Sarkisyan bunu yaxşı anlayırdı. Güman ki,
Paşinyan vaxtı uzadacaq, manevrlər etməyə cəhd edəcək və həll
prosesinin qarşısını alacaq. Mnasakanyan Lavrovla görüşündə də
“DQR”-in danışıqlarda tərəf kimi iştirakını gündəmə gətirəcəyi
gözlənilir. Beləliklə, münaqişə getdikcə dalana girir. Lakin
Azərbaycan öz ərazilərinin qaytarılmasını addım-addım həyata
keçirməyə davam edəcəksə, hər şey qəfil dəyişə bilər”, - “Rosbalt”
yazır.
Asif
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO







































.jpg)
